Peyğəmbər

0.0
(0)

Sevgi sizi nə vaxt çağırsa, arxasınca gedin,
Yolları əzablı, enişli-yoxuşlu olsa da.
Sizi qanadları arasına alanda ona təslim olun,
Sevgi sizinlə danışanda ona inanın.
Sevgi sizi ona görə sınağa çəkir ki, ürəyinizin sirlərindən vaqif olasınız.
Sevgi ancaq özünü verər sizə, özünü də geri alar sizdən...
Sevgi nə kimisə sahiblənər, nə də kiminsə onun sahiblənməyini istər, 
Sevdiyiniz zaman deməyin ki, 
“Allah mənim ürəyimdədir”, deyin ki, “Mən Allahın ürəyindəyəm”.
Elə bilməyin ki, sevgiyə yol göstərə bilərsiniz, o özü sizə yol göstərər, əgər sizi buna layiq bilərsə.
Sevginin tək istəyi özünü gerçəkləşdirməkdir.

Ardını oxu
Kitabın adı Peyğəmbər
Orijinal adı The Prophet
Müəllif Xəlil Cübran
Tərcüməçi Rafiz Hacıoğlu
ISBN 9789952547689
Dili Azərbaycan
Səhifə sayı 120
Kitabın formatı 120x190 mm
Çap tarixi 2023
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Xəlil Cübran

Xəlil Cübran 1883-cü il yanvarın 6-da Livanın Bşarrə kən­dində anadan olub. İbtidai təhsilini bu kənddə alan Cübran 1895-ci ildə ailəsi ilə birlikdə Amerikaya, Boston şəhərinə köçüb. 1898-ci ildə Cüb­ran təhsilini davam etdirmək məq­sədilə Livana qayı­dıb və “əl-Hikmət” adlı ka­to­lik məktəbini bitirib.
Cübra­nın ilk mətbu əsəri “Mühacir” qəzetində dərc olunmuş “Yenilikçi yazıçı” sərlövhəli məqaləsidir. Daha sonra onun iki hekayələr toplusu – “Çəmənlər gəlinləri” və “Üs­yan­kar ruhlar” kitabları çapdan çıxıb. Şairin şah əsəri sayılan “Pey­ğəmbər” ilk dəfə 1923-cü ildə in­gilis dilində çap olunub.  “Pey­­ğəm­bər” in­di­yədək 100-dən çox dilə çevrilib. Xəlil Cüb­ran 1931-ci il aprelin 10-da Nyu-Yorkda vəfat edib.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'