- 0
-
-
Ümumi = 0.00 ₼
- Səbətə bax Sifariş et
-
جُبْران خَليل جُبْران
Xəlil Cübran 1883-cü il yanvarın 6-da Livanın Bşarrə kəndində anadan olub. İbtidai təhsilini bu kənddə alan Cübran 1895-ci ildə ailəsi ilə birlikdə Amerikaya, Boston şəhərinə köçüb. 1898-ci ildə Cübran təhsilini davam etdirmək məqsədilə Livana qayıdıb və “əl-Hikmət” adlı katolik məktəbini bitirib.
Cübranın ilk mətbu əsəri “Mühacir” qəzetində dərc olunmuş “Yenilikçi yazıçı” sərlövhəli məqaləsidir. Daha sonra onun iki hekayələr toplusu – “Çəmənlər gəlinləri” və “Üsyankar ruhlar” kitabları çapdan çıxıb. Şairin şah əsəri sayılan “Peyğəmbər” ilk dəfə 1923-cü ildə ingilis dilində çap olunub. “Peyğəmbər” indiyədək 100-dən çox dilə çevrilib. Xəlil Cübran 1931-ci il aprelin 10-da Nyu-Yorkda vəfat edib.