Oğurluğun əvvəli, o da ay işığında

0.0
(0)

“Oğurluğun əvvəli, o da ay işığında” romanının süjet xətti ötən əsrdən başlayan və günümüzə qədər davam edən bir dövrü əhatə edir. Əsərdə obrazların faciəvi həyatları, içki və narkotik asılılığı, qadına şiddət, psixotravmalı övladlar, sosial ədalətsizlik, gənclərin məhv olmuş arzuları, haqq və ədalət uğrunda mübarizə kimi müxtəlif hadisələr canlandırılıb. 
Tanrı varmı? Müasir elmi kəşflər, doğrudan da, Tanrı üçün “boş bir sahə” saxlamayıbmı? Bu barədə qeyd edilənlər həqiqətdirmi, yoxsa sadəcə spekulyasiya və iddiadan ibarətdir? Romanda həm də bu suallar ətrafında obrazların zəngin müzakirələri yer alıb.
Bütün bunlara baxmayaraq, roman daha çox Lamiyə və Yusifin timsalında saf, səmimi və təmiz məhəbbəti tərənnüm edən bir əsər kimi xarakterikdir. Bəs saf və həqiqi məhəbbət mövcuddurmu? Çətinliklərin öhdəsindən gəlmək üçün sevgi kifayət edirmi? Reallıqla romantika nə qədər uzlaşır? Həyatımıza “toxunan” hadisələr bizdən kənardamı hazırlanır? Yoxsa bu bizim seçimlərin zəruri nəticələridir? Əsərdə bütün bu suallar və onların cavabları həm də obrazların taleyinə birbaşa təsir göstərən amillər kimi qarşımıza çıxır.

Ardını oxu
Kitabın adı Oğurluğun əvvəli, o da ay işığında
Müəllif Pərvin Nəsirsoy
ISBN 9789952525311
Dili Azərbaycan
Səhifə sayı 208
Kitabın formatı 120x200 mm
Çap tarixi 2019
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Pərvin Nəsirsoy

Pərvin Nəsirsoy 15 fevral 1987-ci ildə Lənkəranda anadan olub. 2009-cu ildə Bakı Dövlət Universitetinin ilahiyyat fa­kültəsini fərqlənmə ilə bitirib. Daha sonra yazıçılıqla məş­ğul olub, bir neçə hekayə və esse yazıb. 2019-cu ildə ilk kitabı “Oğurluğun əvvəli, o da ay işığında” romanı çap olu­nub. Cəmiyyətdə milli-mənəvi dəyərlərin aşılanması və ailə institutunun möhkəmlənməsi məqsədilə üç ilə yaxın “İslami dəyərlər” verilişində çıxış edib. 
2022-ci ildə İsveçrənin Rikkon Akademiyasının Türkiyədəki tədris mərkəzində “Ailə məsləhətçisi” kursunu bitirib. Hazırda bu ixtisas üzrə fəaliyyət göstərir. Ey­ni zamanda bir sıra yerli və beynəlxalq seminarlarda işti­rak edib. 
Pərvin Nəsirsoy Azərbaycan İlahiyyat İnstitutunda doktorant olaraq təhsilini davam etdirir və “İslamda ailə əxlaqı” mövzusunda elmi iş yazır.
Ailəlidir, bir övladı var.

İlk rəy yazan siz olun

Oxucu candır

MÜƏLLİFİN DİGƏR KİTABLARI

Oxşar Kitablar

WhatsApp Icon
WhatsApp Icon
'