Sağlam ailə resepti

0.0
(0)

Ailənə bir az diqqət, bir az hörmət və bol sevgi qat. Evlilik, təməli möhkəm olarsa, sağlam münasibətlər üzərində qurularsa, sarsılmaz bir qala olar. Ailə üzvləri orada özlərini təhlükəsizlikdə hiss edər və heç bir problem onların arasındakı bağı zədələyə bilməz. 
Bu kitabda sağlam ailə nədir, sağlam münasibətlər necə qurulur, evlilikdən öncə nələrə diqqət edilməlidir kimi mövzularla yanaşı, evlilik boyunca sevgini, qarşılıqlı anlayışı qorumağın yolları da göstərilir. 
Müəllif ailələrdə yaranan prob­lemlərə toxunub və onların həll yollarını göstərməyə ça­lışıb. Eyni zamanda evlilikdə tə­rəf­lərin üzərinə düşən öh­də­liklər barədə geniş məlumat ve­rib və ailə səadətini təmin etmək üçün mütəxəssislərin bir çox tövsiyələrinə yer ayırıb. 
Yazıçı-psixoloq Pərvin Nəsirsoy bütün bu məlumat­la­­rı öz təcrübə və evlilik heka­yə­sindən nümunə­lər verərək çat­dı­rıb. Bu da kitabın dilinə sə­mi­­miy­­­yət və doğmalıq çaları qatıb.

Ardını oxu
Kitabın adı Sağlam ailə resepti
Müəllif Pərvin Nəsirsoy
ISBN 9789952580020
Dili Azərbaycan
Səhifə sayı 208
Kitabın formatı 120x190 mm
Çap tarixi 2024
Nəşriyyat Mono
Pineapple
Pərvin Nəsirsoy

Pərvin Nəsirsoy 15 fevral 1987-ci ildə Lənkəranda anadan olub. 2009-cu ildə Bakı Dövlət Universitetinin ilahiyyat fa­kültəsini fərqlənmə ilə bitirib. Daha sonra yazıçılıqla məş­ğul olub, bir neçə hekayə və esse yazıb. 2019-cu ildə ilk kitabı “Oğurluğun əvvəli, o da ay işığında” romanı çap olu­nub. Cəmiyyətdə milli-mənəvi dəyərlərin aşılanması və ailə institutunun möhkəmlənməsi məqsədilə üç ilə yaxın “İslami dəyərlər” verilişində çıxış edib. 
2022-ci ildə İsveçrənin Rikkon Akademiyasının Türkiyədəki tədris mərkəzində “Ailə məsləhətçisi” kursunu bitirib. Hazırda bu ixtisas üzrə fəaliyyət göstərir. Ey­ni zamanda bir sıra yerli və beynəlxalq seminarlarda işti­rak edib. 
Pərvin Nəsirsoy Azərbaycan İlahiyyat İnstitutunda doktorant olaraq təhsilini davam etdirir və “İslamda ailə əxlaqı” mövzusunda elmi iş yazır.
Ailəlidir, bir övladı var.

İlk rəy yazan siz olun

Oxucu candır

MÜƏLLİFİN DİGƏR KİTABLARI

WhatsApp Icon
WhatsApp Icon
'