- 0
-
-
Ümumi = 0.00 ₼
- Səbətə bax Sifariş et
-
Pərvin Nəsirsoy
Pərvin Nəsirsoy 15 fevral 1987-ci ildə Lənkəranda anadan olub. 2009-cu ildə Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsini fərqlənmə ilə bitirib. Daha sonra yazıçılıqla məşğul olub, bir neçə hekayə və esse yazıb. 2019-cu ildə ilk kitabı “Oğurluğun əvvəli, o da ay işığında” romanı çap olunub. Cəmiyyətdə milli-mənəvi dəyərlərin aşılanması və ailə institutunun möhkəmlənməsi məqsədilə üç ilə yaxın “İslami dəyərlər” verilişində çıxış edib.
2022-ci ildə İsveçrənin Rikkon Akademiyasının Türkiyədəki tədris mərkəzində “Ailə məsləhətçisi” kursunu bitirib. Hazırda bu ixtisas üzrə fəaliyyət göstərir. Eyni zamanda bir sıra yerli və beynəlxalq seminarlarda iştirak edib.
Pərvin Nəsirsoy Azərbaycan İlahiyyat İnstitutunda doktorant olaraq təhsilini davam etdirir və “İslamda ailə əxlaqı” mövzusunda elmi iş yazır.
Ailəlidir, bir övladı var.