Gün altında adamlar

0.0
(0)

“Gün altında adamlar” romanı 1948-ci il İsrail-Fələstin müharibəsindən sonra öz torpaqlarından didərgin düşmüş üç nəslin – yaşlı Əbu Qeysin, gənc Əsadın və yeniyetmə Mərvanın taleyindən bəhs edir. Onların hər biri daha yaxşı bir gələcək və ailələrini xilas etmək ümidi ilə İraqdan Küveytə qeyri-qanuni yolla keçməyə çalışırlar. Lakin bu səfər avqust ayının qızmar istisində, bir su tankerinin qaranlıq və havasız dəmir çəni içində ölüm-dirim mübarizəsinə çevrilir.
Fələstinli yazıçı Qəssan Kənəfani ərəb ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. Özü də uşaq yaşlarında vətənini tərk etmək məcburiyyətində qalan Kənəfani bir xalqın ağrısını və müqavimətini həyati, eyni zamanda amansız bir hadisənin fonunda təqdim edir. 1972-ci ildə Beyrutda sui-qəsd nəticəsində öldürülən yazıçının əsəri bu gün də aktualdır.
“Gün altında adamlar” Fələstin xalqının itirilmiş hüquqlarını və faciəvi taleyini simvolizə edən ağrılı elegiyadır.

Ardını oxu
Kitabın adı Gün altında adamlar
Orijinal adı رجال في الشمس
Müəllif Qəssan Kənəfani
Tərcüməçi İlqar Məhəmməd
ISBN 9789952547955
Dili Azərbaycan
Səhifə sayı 96
Kitabın formatı 120x190 mm
Çap tarixi 2025
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Qəssan Kənəfani

Qəssan Kənəfani 1936-cı il aprelin 9-da Akka şə­hə­rin­də hüquqşünas ailəsində anadan olub. 1948-ci il ha­di­­sələrindən sonra ailəsi ilə birlikdə mühacirət edə­rək əv­vəl­cə Livan, sonra Suriyada məskunlaşıb. Dəməşq Uni­ver­sitetində ərəb filologiyası üzrə təhsil alıb.
Yaradıcılığında sürgün həyatını və müqavimət ruhunu əks etdirən yazıçı, 1962-ci ildə qələmə aldığı “Gün al­tın­­da adamlar” romanı ilə müasir ərəb nəsrində yeni bir mər­­­hələnin əsasını qoyub. 1969-cu ildə yazdığı “Hayfaya qayıdış” povesti ilə isə didərgin düşmüş insanların mənəvi sarsıntılarını və milli kimlik axtarışını yüksək bədiiliklə təsvir edib.
Kənəfani həm bədii yaradıcılığı, həm də publisistik fəa­liy­yəti ilə Fələstin müqavimət ədəbiyyatının ən məşhur si­malarından biridir.
Qəssan Kənəfani 1972-ci il iyulun 8-də Beyrutda İs­ra­il kəş­fiyyatının həyata keçirdiyi sui-qəsd əməliyyatı nə­ti­cə­sin­də həlak olub.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'