- 0
-
-
Ümumi = 0.00 ₼
- Səbətə bax Sifariş et
-
غسان كنفاني
Qəssan Kənəfani 1936-cı il aprelin 9-da Akka şəhərində hüquqşünas ailəsində anadan olub. 1948-ci il hadisələrindən sonra ailəsi ilə birlikdə mühacirət edərək əvvəlcə Livan, sonra Suriyada məskunlaşıb. Dəməşq Universitetində ərəb filologiyası üzrə təhsil alıb.
Yaradıcılığında sürgün həyatını və müqavimət ruhunu əks etdirən yazıçı, 1962-ci ildə qələmə aldığı “Gün altında adamlar” romanı ilə müasir ərəb nəsrində yeni bir mərhələnin əsasını qoyub. 1969-cu ildə yazdığı “Hayfaya qayıdış” povesti ilə isə didərgin düşmüş insanların mənəvi sarsıntılarını və milli kimlik axtarışını yüksək bədiiliklə təsvir edib.
Kənəfani həm bədii yaradıcılığı, həm də publisistik fəaliyyəti ilə Fələstin müqavimət ədəbiyyatının ən məşhur simalarından biridir.
Qəssan Kənəfani 1972-ci il iyulun 8-də Beyrutda İsrail kəşfiyyatının həyata keçirdiyi sui-qəsd əməliyyatı nəticəsində həlak olub.