Balaca Şahzadə

0.0
(0)

“Balaca Şahzadə” nədir?
Uşaqların, həm də böyüklərin sevə-sevə oxuduğu xə­yali-fəlsəfi bir nağıl. 
Bu kitabı uşaqlar niyə sevirlər? 
Yəqin, məsum dünyalarını ən gözəl şəkildə əks et­dir­diyinə görə.
Bəs böyüklər? 
Yəqin, onların içində yatmış uşaqlıqlarını oyada bil­di­yi­nə görə.
Bəs Eqzüperi?
O öz saflıqlarını itirmiş, hadisələrin yalnız zahiri qa­tı­­na önəm verən böyüklərə görə çox narahat idi: 
“Böyüklər, doğrudan da, çox qəribə olurlar”.

Ardını oxu
Kitabın adı Balaca Şahzadə
Orijinal adı Le Petit Prince
Müəllif Antuan dö Sənt-Eqzüperi
Tərcüməçi Çimnaz Vəliyeva
ISBN 9789952547436
Dili Azərbaycan
Səhifə sayı 144
Kitabın formatı 120x190 mm
Çap tarixi 2022
Nəşriyyat Simurq
Pineapple
Antuan dö Sənt-Eqzüperi

Antuan dö Sənt-Eqzüperi 1900-cü il iyunun 29-da Fransanın Lion şəhərində anadan olub. O, ilk təhsilinə 1908-ci ildə “Qardaşlar məktəbi” adı ilə tanınan Müqəddəs Varfolomey dini məktəbində başlamış, daha son­ra müxtəlif tədris mərkəzlərində oxumuşdu. Təhsilini bitirdikdən sonra pilotluq peşəsinə yiyələnib. 1944-cü ildə düşmən ərazilərində kəşfiyyat aparmaq üçün Korsika adasındakı Borqo aeroportundan havaya qalxıb və bir daha geri qayıtmayıb. 
Dünyanın 300-dən çox dil və ləhcəsinə çevrilən “Balaca Şahzadə” ilk dəfə 1943-cü ildə Nyu-Yorkda, eyni vaxt­da həm fransız, həm də ingilis dilində çap olunub. Bu möhtəşəm əsər hələ də dünyanın ən çox oxunan kitabları sırasındadır.

İlk rəy yazan siz olun

Oxucu candır

MÜƏLLİFİN DİGƏR KİTABLARI

WhatsApp Icon
WhatsApp Icon
'