Yeni il nəğməsi

0.0
(0)

Çarlz Dikkensin “Yeni il nəğməsi” novellası təkcə ingiltərədə deyil, bütün dünyada MİLAD BAYRAMI mövzusunda yazılmış ən məşhur əsərlərdən biridir. Əsər simic, qaraqabaq, qəlbiqara, bədbin bir sələmçi olan Ebenizer Skrucun keşməkeşli həyatından bəhs edir. 
Ətrafındakı insanların ehtiyaclarına, hisslərinə tamamilə biganə qalan, hətta onların şənlənməsinə belə qıcıqlanan daşqəlbli Ebenizer Skruc səksəkəli yuxularında keçmiş günahlarını və özünün son aqibətini görür. Dikkens bizə demək istəyir ki, hətta ən pis insanın qəlbində də bir iman zərrəsi olur, bu işartı gah aşkar, gah gizli şəkildə onun daxili aləmini tam zülmətə qərq olmaqdan qoruyur. 
Görəsən, Skruc vaxtilə onun kimi simic olan şərikinin – bu dünyada qazandıqlarını ağır zəncirlər, buxovlar kimi üstündə daşımağa və bu yüklə keçmiş günahlarını yumağa məhkum edilmiş Marlinin acınacaqlı aqibətini yaşayacaqmı?

Ardını oxu
Kitabın adı Yeni il nəğməsi
Orijinal adı A Christmas Carol
Müəllif Çarlz Dikkens
Tərcüməçi Anar Mahmudov
ISBN 9789952525854
Dili Azərbaycan
Səhifə sayı 144
Kitabın formatı 125x200 mm
Çap tarixi 2022
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Çarlz Dikkens

Çarlz Dikkens 1812-ci fevralın 7-də İngiltərənin Ports­mut şəhərində anadan olub. Atasının borca düşməsi ilə uşaq yaşlarından işləməyə başlayan Çarlzın bu illərdə ke­çir­­di­yi trav­malar və mənəvi böhranlar, demək olar, əksər ro­­man­larında əks olunub. İlk romanı “Pikvik klubunun qeyd­ləri” 1836-37-ci illərdə nəşr edilib. 
Dikkens Viktoriya dövrünün, bəlkə də, ən məşhur, romanları ən çox oxunan müəllifidir. On beş roman yazan Dikkens əsər­lərində o dövrün burjua cəmiyyətini, varlı insanları və onların süni, riyakar əxlaq normalarını kəskin şəkildə tənqid edib. Romanlarının əsas qəhrəmanları yoxsulluqdan əziyyət çəkən saf, zəhmətkeş uşaqlardır.
“Böyük ümidlər”, “İki şəhərin hekayəti”, “Devid Kopperfild”, “Müştərək dostumuz”, “Oliver Tvist” böyük yazıçının ən çox oxunan kitablarıdır.
Ç. Dikkens 1870-ci il iyunun 9-da Qreyvşem şəhərində vəfat edib.

 

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'