Yalnız Sevgidən

0.0
(0)

Ləpələrə yalvarmaqdan bezmişəm,
Hönkürməkdən, ağlamaqdan bezmişəm,
Səndən ayrı yaşamaqdan bezmişəm,
El-obadan bezmək olmur, Əzizim!

Heç bilməzdim daşım belə ağırdı,
Bəxtim belə biçarədi, fağırdı,
Gedəcəyəm; göylər məni çağırdı,
Daha yerdə gəzmək olmur, Əzizim...

Bu şeirlər qibtə oyada biləcək qədər poetikdir... 
Burada ağıl, hiss, arzu, xəyal, qəlb döyüntüsü, zövq elə bir vəhdətdə ifadə olunmuşdur ki, oxuyursan, sevinirsən, 
sinən qürurla qabarır.
– Rəsul Rza

Ardını oxu
Kitabın adı Yalnız Sevgidən
Müəllif Vahid Əziz
ISBN 9789952868760
Dili Azərbaycan
Səhifə sayı 280
Kitabın formatı 120x190 mm
Çap tarixi 2026
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Vahid Əziz

Vahid Əziz 23 noyabr 1945-ci ildə Ermənistanın Dərə­lə­yəz mahalının Əzizbəyov rayonunun Əzizbəyov kəndində anadan olub. 
Azərbaycan Politexnik İnstitutunu bitirdikdən sonra “Xə­bər Mətbuat Agentliyi”ndə müxbir (1971-1976), Bakı şəhər Partiya Komitəsində təbliğat və təşviqat şöbəsində təlimatçı (1976-1982), Azərbaycan KP Mərkəzi Ko­mi­tə­sində təlimatçı, mətbuat bölməsinin müdiri (1982-1989), Azərbaycan Dövlət Mətbuat Komitəsində sədr müavini (1989-1991) vəzifələrində çalışıb.
Sonrakı illərdə Azərbaycan Yazıçılar Birliyi idarə heyəti­nin katibi (1991-1997), Bakı şəhər İcra hakimiyyətinin Rek­lam və Şəhər tərtibatı Departamentində “Reklamların Azər­baycan dilində yazılışına nəzarət bölməsi”nin müdiri olub. 
Bədii yaradıcılığa 1967-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində çıxan şeiri ilə başlayıb. İlk şeirlər kitabı “Mən kü­ləyi görürəm” 1969-cu ildə “Gənclik” nəşriyyatında çap olunub. Son illər 200-dən çox publisistik məqalə və mü­sahibələri dərc olunub. “Dözmək olmur” (1997) şeirlər ki­­tabı oxucular tərəfindən böyük rəğbətlə qarşılanıb. 40-dan çox şeirinə musiqi bəstələnib. 
24 may 2019-cu ildə Azərbaycan Respublikasının Xalq şairi fəxri adına layiq görülüb.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'