- 0
-
-
Ümumi = 0.00 ₼
- Səbətə bax Sifariş et
-
Cəfərov Vahid Əziz oğlu
Vahid Əziz 23 noyabr 1945-ci ildə Ermənistanın Dərələyəz mahalının Əzizbəyov rayonunun Əzizbəyov kəndində anadan olub.
Azərbaycan Politexnik İnstitutunu bitirdikdən sonra “Xəbər Mətbuat Agentliyi”ndə müxbir (1971-1976), Bakı şəhər Partiya Komitəsində təbliğat və təşviqat şöbəsində təlimatçı (1976-1982), Azərbaycan KP Mərkəzi Komitəsində təlimatçı, mətbuat bölməsinin müdiri (1982-1989), Azərbaycan Dövlət Mətbuat Komitəsində sədr müavini (1989-1991) vəzifələrində çalışıb.
Sonrakı illərdə Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin katibi (1991-1997), Bakı şəhər İcra hakimiyyətinin Reklam və Şəhər tərtibatı Departamentində “Reklamların Azərbaycan dilində yazılışına nəzarət bölməsi”nin müdiri olub.
Bədii yaradıcılığa 1967-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində çıxan şeiri ilə başlayıb. İlk şeirlər kitabı “Mən küləyi görürəm” 1969-cu ildə “Gənclik” nəşriyyatında çap olunub. Son illər 200-dən çox publisistik məqalə və müsahibələri dərc olunub. “Dözmək olmur” (1997) şeirlər kitabı oxucular tərəfindən böyük rəğbətlə qarşılanıb. 40-dan çox şeirinə musiqi bəstələnib.
24 may 2019-cu ildə Azərbaycan Respublikasının Xalq şairi fəxri adına layiq görülüb.