Xəstəxanada görüş
– Nənə, o mənə qardaşı üçün elçilik etdi.
Nənənin üzündə qorxu görünürdü. O dedi:
– Sən nə cavab verdin?
Nəfisə yenə dili dolaşaraq dedi:
– Cavabı səninlə məsləhətləşəndən sonraya saxladım.
Nənə üzünü divara çevirib dedi:
– Yox, bu iş heç vaxt baş tutmamalıdır!
Nəfisə çox kövrəldi və titrək səslə dedi:
– Niyə, nənə?
Nənə susdu və heç bir cavab vermədi...
– Nənə, hər şeyi danış, özümü hər şeyi eşitməyə hazırlamışam.
Nənə özünü toplayaraq dedi:
– Onda qulaq as, sənə hər şeyi deyim. Bilirsən ki, atan dünyasını dəyişəndə sən çox balaca idin...
Nəfisənin ürəyi tez-tez döyünməyə başladı. Nənəsindən sarsıdıcı sözlər eşidəcəyindən qorxurdu. O dedi:
– Bəli, bunu bilirəm.
Nənə davam etdi:
– Lakin atanın ölümünün səbəbini bilmirsən...



 - QAPAQ - UZ.jpg)



---uz.jpg)

İlk rəy yazan siz olun