Şəffaf balıq

0.0
(0)

Bir azdan 
yeganə ümidim
gecəyə qarışıb qaralacaqdı.
Gecəyə ilişib,
qaranlıqda qalacaqdı
sənə deyəcəyim sözlər.
Necə deyəydim?
Dənizdə
bir insan sözü 
bir insan ömrünə bərabər.
Razıydım ölümə,
sənin ölümünü istəmirdim, ümidim.
Mənə
qismət olmayacaqdı
gözlərini qapamaq da.

Ardını oxu
Kitabın adı Şəffaf balıq
Müəllif Vaqif Səmədoğlu
ISBN 9789952547504
Dili Azərbaycan
Səhifə sayı 160
Kitabın formatı 140x160 mm
Çap tarixi 2022
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Vaqif Səmədoğlu

Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968–1971), "Oğuz eli" qəzetinin baş redaktoru (1992–1994) vəzifələrində çalışmışdır.
Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962–1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963–1971). C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982–1985) işləyib. Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmiş, "Oğuz eli" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır (1992–1994).
Azərbaycanın Milli Məclisinə deputat seçilib (2000).
Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-i Bakıda dünyasını dəyişib. 29 yanvarda Birinci Fəxri xiyabanda dəfn olunmuşdur.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'