Oralar parti

0.0
(0)

Uşaq vaxtı o qədər kitab oxuyurdum ki, valideynlərim gözlərimin zəifləyəcəyindən narahat olub vaxt məhdudiyyəti qo­yur­dular hət­ta, mən də yorğan altında gizlənib xəlvəti oxuyurdum.
Balaca fənərim var idi, hərdən satqınlıq edib işığı ifşa edirdi məni. “Kitab” sözü, “yazıçı” sözü həmişə müqəddəs anla­yışlar olub mə­nim üçün. Ona görə indi əlinizdə tutduğunuz qısa hekayələr top­lusunu kitab adlandıra bilmirəm, illah da ki, özümü yazıçı. 
Bu sadəcə başıma gələn və qələmə aldığım yumoristik hadisələrdir, oxuyun, üzünüz gülsün. Kiminsə xoşuna gə­lə­cək, kiminsə gəlməyəcək, bu, normaldır, amma hətta bir ne­çə oxu­cunun dodaqlarına təbəssüm qonarsa, mən özümü xoş­bəxt hiss edərəm. 

Ardını oxu
Kitabın adı Oralar parti
Müəllif Azər Qərib
ISBN 9789952547740
Dili Azərbaycan
Səhifə sayı 152
Kitabın formatı 155x215 mm
Çap tarixi 2022
Nəşriyyat Mono
Pineapple
Azər Qərib

22 may 1961-ci il tarixində, Bakı şəhərində anadan olmuşdur.

1968-ci ildə Bakı şəhər 134 saylı orta məktəbində təhsilinə başlamış, 1978-ci ildə orta təhsilini başa vurmuşdur. Elə həmin il Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş və 1983-cü ildə ali təhsilini başa vurmuşdur. 1983–1986 illərdə "Azneft" şirkətinin xarici əlaqələr departamentində çalışmış, 1986–1988 illərdə hərbi xidmətdə olmuşdur. 1988–1990 illərdə Daxili İşlər Nazirliyində işləmiş, lakin sovet ordusunun 20 yanvar təcavüzünə qarşı çıxdığına görə DİN-nin o vaxtki rəhbərliyinin göstərişi ilə bu strukturdan xaric edilmişdir. 1990-cı ildən bizneslə məşqul olmuş, 1999–2003 illərdə Böyük Britaniyanın "Inter Logistic" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri olmuşdur.

2003-cü ildə biznes sahəsini tərk etmiş və televiziya fəaliyəti ilə məşqul olmuşdur. Azərbaycanın bir çox tanınmış telekanalları ilə əməkdaşlıq etmişdir. Onun hazırladığı "Qərib Azər" adlı səyahət verilişi ilk dəfə 9 mart 2003-cü ildə efirə çıxmış, bu gün isə "Oralar" adı ilə AzTV kanalında hər bazar günü yayımlanmaqdadır.

Azər Qəribov 2020-di ildən Azərbaycan Turizm Blogerləri Assosiasiyasının idarə heyətinin sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvi, H.B. Zərdabı Mükafatının laureatıdır. İki oğlu və iki nəvəsi var.

Dünyanın 101 ölkəsində olmuşdur.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'