Uşağınızın həkimi

0.0
(0)

Uşağım 
• tez-tez xəstələnir
• boyu artmır
• peyvənd vurdurmaq olarmı
• gözündə çəplik var
• niyə gecələr yatmır
• kökəlmir, yəqin, qurdu var 
Bir çox analar bu cür nigarançılıqlar yaşayırlar. Hətta bəzən panikaya düşür, nə edəcəklərini bilmirlər.
Dok. Aytən İsmayılzadə “Uşağınızın həkimi” kitabında bu tipli suallara qısa və praktik cavablar verərək valideynlərə kömək olur, tibbi və etibarlı metodlarla uşaqlara ilkin tibbi yardım göstərməyin yolunu izah edir.

Ardını oxu
Kitabın adı Uşağınızın həkimi
Müəllif Aytən İsmayılzadə
ISBN 9789952547603
Dili Azərbaycan
Səhifə sayı 224
Kitabın formatı 155x215 mm
Çap tarixi 2023
Nəşriyyat Mono
Pineapple
Aytən İsmayılzadə

Dok. Aytən İsmayılzadə 2008-ci ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini bitirib. Akademik təbabətlə yanaşı, inteqrativ tibb sahəsində də bilik və təcrübəyə yiyələnib. 
Uşaqlarda enurez (sidiyi saxlaya bilməmək), enkoprez (nəcisi saxlaya bilməmək), başağrısı, yuxusuzluq kimi vəziyyətlərdə in­teqra­tiv tibbin müalicə metodlarından sayılan akupunkturanı tət­biq edir. 
Biotənzimləyici terapiya üzrə Kolumbiya, İsveçrə, Almaniya, Rusiya, Türkiyə mütəxəssislərinin “Mikrobioloji terapiya”, “İzopatik terapiya”, “Seqmentar-metamerik terapiya”, “Ortomolekulyar terapiya” kimi mövzularda keçirilən kurslarında iştirak edərək sertifikatlar alıb. 
Körpələrin əlavə qidaya keçməsi haqqında “Əlavə nə verim?” məlumat kitabçasını hazırlayıb. “Analar məktəbi”, “Ana-bala”, “Bizim həkim” tibbi-maarifləndirici proqramların aparıcısı olub.
Analar üçün “Bilikli Ana” təlim kursunun təsisçisidir. 
Hazırda Bioloji Təbabət Klinikasında pediatr kimi fəaliyyət göstərir.  
Ailəlidir, 2 övladı var.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'