İnsanlara təsir etməyin 9 yolu

0.0
(0)

Əslində, inandırma məharəti haqda öyrəniləsi bircə vacib şey varsa, o da səbirli, diqqətli və ürəkdən qulaq asmaqdır. İnsanlara nəyi nə üçün etdiyini anlamağa kömək etsən, onlar sənin üçün dağı da yerindən oynadarlar. Bir dəqiqəlik mühakimə yürütmə. Fikrini bildirməyə tələsmə. 

Ardını oxu
Kitabın adı İnsanlara təsir etməyin 9 yolu
Müəllif Rəşad Bayramov
ISBN 9789952547665
Dili Azərbaycan
Səhifə sayı 208
Kitabın formatı 120x190 mm
Çap tarixi 2023
Nəşriyyat Mono
Pineapple
Rəşad Bayramov

Rəşad Bayramov beynəlxalq biznes-təlimçi və kouç­dur. Azərbaycan, Türkiyə, Amerika Birləş­miş Ştatları, Bolqarıstan, Qazaxıstan, Gürcüstan, Qə­tər, İor­­­da­­niya, Hindistan, Vyetnam və Şri-Lankada ef­fek­­tiv ünsiyyət üzrə çoxsaylı təlim və fərdi kouçinq məş­­ğə­lələri aparmışdır. Azərbaycanda natiqlik mövzu­sunda ilk kitab olan “Sözünə güvən: auditoriyanı fəth etməyin 10 yolu” (2016) kitabının müəllifidir.
İyirmi ildən artıq davam edən karyerası ərzində Rəşad Bayramov mətbuat katibi, biznes-jurnalist, baş redaktor, xarici əlaqələr şöbəsinin müdiri və transformasiya məsələləri üzrə regional rəhbər kimi fəa­­­­liy­­yət göstərib. O, dünyanın ən nəhəng enerji kor­­po­­ra­siyalarından biri olan BP-də işləyərkən yeni əmək­­daşlardan tutmuş, dövlət rəhbərlərinədək fərq­­li auditoriyalar qarşısında şirkəti uğurla təmsil edib. 
Hazırda Azərbaycan Respublikasının rə­qəm­­sal in­ki­­şaf və nəqliyyat nazirinin müşaviri vəzifəsində ça­lı­şır.
ABŞ-ın Roçester Texnologiya İnstitutunda kom­mu­ni­ka­siya və marketinq üzrə, Azərbaycan Dil­­­­lər Univer­si­tetində isə filologiya üzrə magistr dərəcəsi almış­dır.

İlk rəy yazan siz olun

Oxucu candır

Müasir dövrdə qlobal səviyyədə ictimai fikrin gü­cü­nün xüsusilə önə çıxdığını nəzərə alsaq, kom­mu­­ni­ka­siyanın düzgün və səmərəli qurulmasının nə də­rə­cədə əhəmiyyətli olduğunu görmüş olarıq. 
Bu xüsusda beynəlxalq səviyyəli biznes-təlimçi Rəşad Bayramovun həm Azərbaycanda, həm də ölkə xaricində bir sıra dövlət müəssisələri, iri şir­kət və nüfuzlu universitetlərdə təqdim etdiyi natiqlik sənəti və təsirli ünsiyyət mövzusunda təlimləri və fərdi məşğələləri insanların şəxsi inkişafı baxımından olduqca səmərəlidir.   
Onun “Sözün düzü: insanlara təsir etməyin 9 yolu” ki­ta­bını da müasir çağırışlara cavab verən, gənclə­rin yenilikçi mühitdə yetişməsinə, təhsil və yeni təc­rü­bələr qazanmasına töhfə verən daha bir uğurlu la­yihə kimi qiymətləndirmək olar. 
Sözügedən kitab oxuculara özlərinə kənardan bax­maq, güclü və zəif tərəflərini müəyyənləşdirmək, eləcə də çatışmazlıqlar haqqında düşünmək və on­ların üzərində işləmək imkanı verir. 
Əminəm ki, kitab oxucular tərəfindən seviləcək, ən əsası ölkəmizdə kommunikasiya sahəsinin inkişafına öz töhfəsini verəcəkdir.

Hikmət Hacıyev
Azərbaycan Respublikası Prezidentinin kö­mək­çisi – Azərbaycan Respublikası Prezidentinin Adminis­tra­siyasının Xarici siyasət məsələləri şö­bə­sinin mü­diri

MÜƏLLİFİN DİGƏR KİTABLARI

WhatsApp Icon
WhatsApp Icon
'