Azər Qərib

Azər Qərib

/

22 may 1961-ci il tarixində, Bakı şəhərində anadan olmuşdur.

1968-ci ildə Bakı şəhər 134 saylı orta məktəbində təhsilinə başlamış, 1978-ci ildə orta təhsilini başa vurmuşdur. Elə həmin il Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş və 1983-cü ildə ali təhsilini başa vurmuşdur. 1983–1986 illərdə "Azneft" şirkətinin xarici əlaqələr departamentində çalışmış, 1986–1988 illərdə hərbi xidmətdə olmuşdur. 1988–1990 illərdə Daxili İşlər Nazirliyində işləmiş, lakin sovet ordusunun 20 yanvar təcavüzünə qarşı çıxdığına görə DİN-nin o vaxtki rəhbərliyinin göstərişi ilə bu strukturdan xaric edilmişdir. 1990-cı ildən bizneslə məşqul olmuş, 1999–2003 illərdə Böyük Britaniyanın "Inter Logistic" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri olmuşdur.

2003-cü ildə biznes sahəsini tərk etmiş və televiziya fəaliyəti ilə məşqul olmuşdur. Azərbaycanın bir çox tanınmış telekanalları ilə əməkdaşlıq etmişdir. Onun hazırladığı "Qərib Azər" adlı səyahət verilişi ilk dəfə 9 mart 2003-cü ildə efirə çıxmış, bu gün isə "Oralar" adı ilə AzTV kanalında hər bazar günü yayımlanmaqdadır.

Azər Qəribov 2020-di ildən Azərbaycan Turizm Blogerləri Assosiasiyasının idarə heyətinin sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvi, H.B. Zərdabı Mükafatının laureatıdır. İki oğlu və iki nəvəsi var.

Dünyanın 101 ölkəsində olmuşdur.

Azər Qərib

Kitabları

WhatsApp Icon
WhatsApp Icon
'