Peyğəmbərin davranış metodları
Mürtəza Mütəhhəri “Peyğəmbərin davranış metodları” kitabında həzrət Məhəmmədin İslam dinini çatdırarkən hansı ünsiyyət və davranış üslublarından istifadə etdiyini araşdırır. Müəllif əvvəlcə ümumilikdə davranış və onun növlərindən danışır. Daha sonra əxlaqın nisbiliyi, bir təlimi tanıdarkən vasitə və metodlardan istifadə qaydası, dəvət edən şəxsin əxlaqi keyfiyyətləri kimi önəmli mövzuları analiz edir. Mürtəza Mütəhhəri həm Qurana, həm də mötəbər tarixi hadisələrə istinad edərək həzrət Peyğəmbərin şəxsiyyətinin önəmli cəhətlərini və davranış tərzini dolğun şəkildə çatdırır.
Mütəfəkkirə görə, bir təlimə dəvətin uğurlu alınması üçün onda məcburiyyət olmamalı, ikrah yaratmamalı, eyni zamanda güzəştə getməyi bacarmalı, etiqad azadlığına önəm verməlidir.
Kitabın son bölümünə Peyğəmbərin qısa bioqrafiyası və müəllif tərəfindən seçilən 100 kəlamı daxil edilmişdir.
İlk rəy yazan siz olun