Teizm seminarları
Bu kitab M. Mütəhhərinin “teizm” mövzusunda etdiyi bir sıra çıxışlardan və həmin seminarda iştirak edən alimlərlə elmi diskussiyalarından təşkil olunub.
Kitab kifayət qədər maraqlı və sistematikdir. Birinci hissədə müəllif üç fərqli metodla Allahın varlığını isbat etməyə çalışır. Bu arqumentasiya zamanı metodlarla bağlı ayrı-ayrılıqda geniş elmi, fəlsəfi müzakirələr aparılır, sağlam dəlillər irəli sürülür.
İkinci hissədə diqqətçəkən mühüm mövzu “teizm və təkamül nəzəriyyəsi” haqqındakı müzakirələrdir. Bu mövzuda Mütəhhəri bir çox İslam alimlərindən fərqli olaraq, yeni, maraqlı yanaşma ortaya qoyur: o, sübut edir ki, əslində, Allahın varlığı mövzusu ilə Darvinin təkamül nəzəriyyəsi arasında heç bir ziddiyyət yoxdur.
Kitabın son hissəsində isə “teizm və şər problemi”ndən danışılır. M. Mütəhhəri burada öncə şərin mahiyyətini araşdırır, daha sonra isə monoteist dünyagörüşü ilə şər problemi arasındakı əkslikləri aradan qaldırmağa çalışır.
İlk rəy yazan siz olun