Etiraf
Bu əsərin baş qəhrəmanı Tolstoyun özüdür. Dahi yazıçı bu dəfə özünü yazır, öz həyat yolunu yanlışları ilə, doğruları ilə birgə oxucularla bölüşür. Həyatda məna axtarışında olan Tolstoyun keçdiyi gərgin, sıxıntılarla dolu bu həyat yolunu insan həyəcansız oxuya bilmir.
Kitabda Tolstoy eyni zamanda bir filosof kimi çıxış edir, o, həyatı, varlığı sorğulayır, elmi-fəlsəfi dəlillərə baş vurur, “ölümsüzlük” axtarışına çıxır.
Beş il bundan əvvəl məndə çox qəribə şeylər başladı: əvvəlcə bir neçə dəqiqəliyinə çaşqınlığa düşürdüm – sanki həyat dayanır, necə yaşamalı olduğumu, nə edəcəyimi bilmir, özümü itirib ümidsizliyə qapılırdım. Sonra bu çaşqınlıq anları həminki formada və daha tez-tez təkrarlanmağa başladı. Və həyat bu cür dayanarkən həmişə eyni suallar yaranırdı: Nə üçün? Yaxşı, bəs sonra?
Həyatım dayanmışdı... Görürdüm ki, qarşıda ölümdən başqa heç nə yoxdur... Bəs bu qədər çalışıb-əlləşmək niyə? Necə olur ki, insan bunu görmədən yaşayır? – heyrət ediləsidir!... Bax bu, əsl dəhşət idi...
2 Rəy
Bu kitab həqiqətən etiraflarla doludur və bir çox nüansları aydınlaşdırır.