Mirzə Bartlbi

0.0
(0)

Laqeydliyə qapılmış Bartlbinin ən mühüm xüsusiyyəti passiv müqavimətdir. O, işdə verilən tapşırığı yerinə yetirmir, heç kəs­lə danışmır, başıaşağı, sözün əsl mənasında, ekstraordinar in­san­dır. Amma qəribəsi odur ki, Bartlbinin bu qeyri-adiliyi oxu­cu­nu ovsunlayır, qapalı dünyası hamını özü ilə hesablaş­mağa va­dar edir.
Mirzə Bartlbi sivil itaətsizliyi ilə o dövr Avropa insanının azad iradəsinin yeni sərhədlərini, təzə-təzə cücərən kapitalizmlə fər­din azadlığı arasındakı münasibətləri müəyyənləşdirir. Kafka, Kamü kimi böyük yazıçılara təsir edən “Mirzə Bartlbi” həcmcə qısa bir kitab olsa da, absurd ədəbiyyatın cığır açan mətnlərindən hesab olunur. 
“Əslində, “Mirzə Bartlbi” bəşəriyyətin hərgünkü ironiyaların­dan sayılan həqiqi mənasızlığın mahiyyətini açıb göstərən kə­dər­li və gerçək bir kitabdır”.
Borxes

Ardını oxu
Kitabın adı Mirzə Bartlbi
Orijinal adı Bartleby, the Scrivener: A Story of Wall Street
Müəllif Herman Melvil
Tərcüməçi Rafiz Hacıoğlu
ISBN 9789952547078
Dili Azərbaycan
Səhifə sayı 84
Kitabın formatı 115x180 mm
Çap tarixi 2022
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Herman Melvil

Herman Melvil 1819-cu il avqustun 1-də Nyu-Yorkda anadan olub. Atasının vəfatından sonra Melvil məktəbi yarımçıq qoyaraq müxtəlif peşələrdə çalışıb. 1841-ci il­də Nyu-Bedforddan balina gəmisi “Akuşnet”lə reysə çı­xaraq Sakit okeanda üzüb. Səyahət əsnasında Markiz ada­­la­rın­da yerlilərə əsir düşüb. 1844-cü ildə ABŞ-a qa­yıdıb. Dörd il sonra Elizabet Şou adlı qadınla ailə həyatı qu­rub. 1850-ci ildə Massaçusetsdə malikanə alıb. Melvil bir çox hekayə və kitablarını bu evdə yazıb. 
“Taypi: Polineziya həyatına ötəri baxış” adlı ilk romanı 1846-cı ildə çap olunub. Kitab müəllifə böyük şöhrət qa­zandırıb. Amerikan yazıçının ən çox tanınan, dünya ədə­biyyatının klassikası sayılan “Mobi Dik” romanı 1851-ci il­də çap olunub. 
Herman Melvil 1891-ci il sentyabrın 28-də ürək çatış­maz­lığından vəfat edib.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'