Mən Səni Sevəndə
Elə dayanırsan, elə baxırsan,
elə bil qarşında quru bir daşam.
İpək saçlarını öpüb oxşayan
elə bil hardasa mən olmamışam.
Səni dostlarımla, tanışlarımla,
mən tanış edərdim nə vaxtsa bir-bir.
İndi özgələri yad ehtiramla
deyirlər tanış ol... Nə qəribədir?
Nəriman Həsənzadə dünyada gözəllik, nəciblik, zəriflik axtarır və bunları bəzən olmayan yerdə də görür, çünki gözəllik və zəriflik bu şairin sənət idealıdır. O yalnız bu ideal eşqinə yazıb-yaradır.
– Bəxtiyar Vahabzadə






---uz.jpg)

İlk rəy yazan siz olun