- 0
-
-
Ümumi = 0.00 ₼
- Səbətə bax Sifariş et
-
Nəriman Əliməmməd oğlu Həsənzadə
Nəriman Həsənzadə 18 fevral 1931-ci ildə Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. İbtidai və orta təhsilini öz doğma rayonunda alıb. 1949-cu ildə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olub. 1953-cü ildə həmin institutu bitirib. Moskvadakı ikiillik ədəbiyyat kursunu bitirdikdən sonra M. Qorki adına Ədəbiyyat İnstitutuna daxil olaraq beş il orada təhsil alıb.
Nəriman Həsənzadə bədii yaradıcılığa 1953-cü ildə “Azərbaycan gəncləri” qəzetində dərc etdirdiyi şeirlə başlayıb. “Yadıma düşürsən”, “Qaraca çobanın şikayəti”, “Nəriman”, “Zümrüd quşu”, “Mənim sevdam – ehtirasım”, “Kimin sualı var?”, “Sizdən ayrılmadım”, “Poylu – beşiyim mənim” və başqa kitabları oxucular və ədəbi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. “Bütün Şərq bilsin”, “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü” kimi pyesləri Azərbaycan teatrlarının səhnəsində uğurla tamaşaya qoyulub. O, bir çox ədəbiyyat nümunələrini, o cümlədən Maqsud Şeyxzadənin “Daşkəndnamə” poemasını, A. Nekrasovun, T. Şevçenkonun, İ. Frankonun, A. Puşkinin, İ. Çavçavadzenin əsərlərindən nümunələri dilimizə çevirib.
Nəriman Həsənzadə 1 avqust 2026-cı ildə Bakı şəhərində vəfat edib.