Məktublar arxasında
Hər şey məktublardan başladı... Hər şeyə məktublar səbəb oldu... O məşum, o əsrarəngiz məktublar...
Bir gün məşhur yazıçıya məktub gəlir. Burada qəribə heç nə yoxdur. Əgər o məktub qadın həbsxanasından göndərilməyibsə.
Qapı döyülür. Yazıçı qapını açır. Bir ilə yaxın məktublaşdığı qadın qapının kandarında dayanıb ona baxır.
Həbsxanadan çıxan Səbinə məktublaşdığı yazıçının evinə gələrək ondan elə bir şey istəyir ki, yazıçı onu etsə, bir anın içində cinayətkara çevrilə bilər. Ya onunla əlaqəni kəsməli və Səbinəni unutmalı, ya da neçə il həbsxanada yatmış, təkcə ona inanan, kitablarını dəfələrlə oxuyan, ona məktublar göndərən çarəsiz qadına kömək etməli və onun istədiyi dəhşətli işi həyata keçirməlidir.
Pərviz Seyidlinin “Məktublar arxasında” romanı “zahir, yoxsa batin” sualına cavab axtarır. İnsanın başqalarını kitab kimi oxuya bilməyinin mümkünlüyünü təhlil edir. Birnəfəsə oxuyacağınız bu psixoloji triller ruhani axtarışlar, ağrılar, zahir və batin haqqında sizi bir daha dərindən düşündürəcək.
İlk rəy yazan siz olun