Liderin qətl günü
Qahirə, 1981-ci il. Ənvər Sadat hakimiyyətinin elan etdiyi “İnfitah” (“Açıq qapı”) iqtisadi proqramı xalq üçün sosial faciəyə çevrilir. Uğursuzluqla nəticələnən bu islahatlar cəmiyyəti kəskin şəkildə iki qütbə ayırır: yuxarı təbəqə sürətlə varlandığı halda, aşağı təbəqə gündəlik çörək dərdi çəkir.
“Liderin qətl günü” romanı Misirin bu cür mürəkkəb iqtisadi-siyasi şəraitində həyatda qalmaq üçün, öz xəyallarını, arzularını həyata keçirmək üçün mübarizə aparan ailələrin faciəsindən bəhs edir. Köhnə nəsli təmsil edən, sufi dünyagörüşünə sahib baba Mühtəşimi Zayid, məişət qayğıları altında əzilən valideynlər və mənəviyyatla maddiyyat arasında gedib-gələn gənclər... On bir ildir nişanlı qalan Ülvan və Randanın ən böyük arzusu ayrıca ev alıb ailə qurmaqdır. Ancaq gənclər, görəsən, üzləşdikləri maddi çətinliklərin öhdəsindən gələ biləcəklərmi? Sevgilərini qoruyub saxlaya biləcəklərmi?






---uz.jpg)

İlk rəy yazan siz olun