- 0
-
-
Ümumi = 0.00 ₼
- Səbətə bax Sifariş et
-
نجيب محفوظ
Nəcib Məhfuz 1911-ci il dekabrın 11-də Qahirənin əl-Camaliyyə məhəlləsində anadan olub. 1934-cü ildə Qahirə Universitetinin Fəlsəfə fakültəsini bitirib. Gənc yaşlarından fəlsəfi məqalələr yazsa da, sonradan diqqətini tamamilə bədii nəsrə yönəldib.
Yaradıcılığının ilk dövründə tarixi romanlar yazan müəllif, sonradan Misir cəmiyyətinin real mənzərəsini canlandıran əsərləri ilə şöhrət qazanıb. Onun 1950-ci illərdə işıq üzü görən məşhur “Qahirə trilogiyası” ərəb ədəbiyyatında realizmin zirvəsi hesab olunur.
1988-ci ildə Nəcib Məhfuz “ərəb hekayəçiliyinə gətirdiyi bəşəri çalarlara görə” Nobel Ədəbiyyat Mükafatına layiq görülən ilk ərəb yazıçısı kimi tarixə düşüb. O, əsərlərində Qahirənin küçələrini və adi insanların taleyini böyük ustalıqla təsvir edib.
Nəcib Məhfuz 2006-cı il avqustun 30-da Qahirədə vəfat edib.