Ağa və nökər

0.0
(0)

Ağa Vasili Andreyiç üçün yaşamağın (жить) mənası qazanmaq, yığmaq, toplamaqdır (нажить). Onu yalnız əldə edəcəkləri ma­raqlandırır, ona görə də dayanmadan çalışıb-çabalayır, borana, çovğuna fikir vermədən “qaraltı”ya çatmaq üçün vurnuxur, da­im irəli can atır.
Nökər Nikita isə mehriban, heyvansevər, sakit və aramdır, ağasının göstərişlərinə sözsüz-sovsuz itaət edir, əməli şəkildə “indi və burada” fəlsəfəsinə riayət edir.
Bir gün ağa yeni mülk almaq məqsədilə yola çıxır və nökəri ilə bir­likdə hekayədə həyatı simvolizə edən boranın içinə düşür. 
Və bu boranda ağanın özünükəşf səyahəti başlayır.
“Ağa və nökər” transformasiya, özünüislah hekayəsidir, sevgi haqqında təsirli pritçadır. Moralist Tolstoyun içindəki əxlaqi di­lem­manın metaforik, bədiiləşmiş formaları olan bu iki xarakterik qəhrəmanı qarşı-qarşıya gətirməklə böyük yazıçı mühüm bir suala cavab axtarır: insanı xoşbəxt edən nədir?

Ardını oxu
Kitabın adı Ağa və nökər
Orijinal adı Хозяин и работник
Müəllif Lev Tolstoy
Tərcüməçi Zahid Sarıtorpaq
ISBN 9789952547672
Dili Azərbaycan
Səhifə sayı 96
Kitabın formatı 115x180 mm
Çap tarixi 2022
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Lev Tolstoy

Lev Tolstoy 1828-ci il sentyabrın 9-da Rusiyanın Tula qu­­berniyasının Yasnaya Polyana malikanəsində anadan olub. Uşaq yaşlarında öncə anasını, daha sonra atasını iti­­­rib. 1844-cü ildə Kazan Universitetinə daxil olaraq Şərq dil­ləri üzrə təhsil almağa başlayıb, lakin ikinci kurs­da təh­si­lini ya­rımçıq qoyaraq doğma kəndinə qayıdıb. 1863-69-cu illərdə ilk irihəcmli romanını – “Hərb və sül­h”ü yazıb. 1873-77-ci illərdə isə bir qadının faciəvi taleyindən bəhs edən “Anna Karenina” romanı üzərində çalışıb. So­­nun­­­cu böyük romanı “Dirilmə” isə 1899-cu ildə çap olu­­­nub. Tolstoy “İvan İliçin ölümü” əsərini 1886-cı ildə qə­­­lə­mə alıb. Böyük yazıçının sonuncu romanı “Hacı Mu­­rad” isə 1912-ci ildə, ölümündən sonra çap olunub. Lev Tolstoy 1910-cu il noyabrın 20-də “Astapova” stan­si­yasında pnevmaniyadan dünyasını dəyişib.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'