Gülən adam

0.0
(0)

Böyük fransız şairi və yazıçısı Viktor Hüqonun “Gülən adam” əsəri XVIII əsrin əvvəllərində ingiltərə sahillərində qışın çovğununda tərk edilmiş bir uşağın həyat hekayəsidir. “Gülən adam” düşünməyi sevən oxucunun əsəridir, çünki Viktor Hüqonun bu əsəri səfalət və zənginlik, istibdad və azadlıq, sevgi və nifrət, işıq və qaranlıq, ən əsası, xeyir və şər kimi əbədi mövzular haqqında danışır. 
Gülən adam dünya ədəbiyyatının və kinematoqrafiyasının ilhamlandığı bir obrazdır. Bu əsərdə hər şey: həm macəra, həm tarix, həm siyasət, həm faciə, həm acı gerçəklik, həm də şirin romantizm var. Eybəcər Quinplenin, filosof Ursusun simasında bütöv bir əsrin epik mənzərəsi canlandırılır. Obrazların taleyi ilə İngiltərə tarixi bu əsərdə yanaşı addımlayır... Tarixlə insan taleyi bir-birinə dolaşır, bəlkə, tarix insan taleyini yazır, bəlkə də, insan taleləri bu tarixi yazır.

Ardını oxu
Kitabın adı Gülən adam
Orijinal adı L'Homme qui rit
Müəllif Viktor Hüqo
Tərcüməçi Çimnaz Vəliyeva
ISBN 9789952525748
Dili Azərbaycan
Səhifə sayı 720
Kitabın formatı 125x200 mm
Çap tarixi 2021
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Viktor Hüqo

Viktor Hüqo 1802-ci il fevral ayının 26-da Fransanın Bezanson şəhərində anadan olub. İlk kitabı “Odalar və müxtəlif şeirlər” 1822-ci ildə çap olunub. 1848-ci il inqilablarından sonra deputat seçilib. Onu məşhurlaşdıran ilk kitabı “Paris Notr-Dam kilsəsi” romanıdır. 1862-ci ildə isə dünya ədəbiyyatının incisi hesab olunan “Səfillər” romanı nəşr olunub. 1851-1870-ci illərdə siyasi səbəblər üzündən sürgündə yaşayıb. Sürgün illərində “Dəniz zəhmətkeşləri” və “Gülən adam” romanlarını yazıb.
Hüqo hələ uşaqlıqdan tanıdığı Adel Fuşe ilə ailə həyatı qurub. Bu evlilikdən yazıçının beş övladı dünyaya gəlib. Qızı Leopoldinanın Sena çayında boğulması ona çox ağır təsir edib. 
Böyük yazıçı 1885-ci il may ayının 22-də vəfat edib.

İlk rəy yazan siz olun

Oxucu candır

MÜƏLLİFİN DİGƏR KİTABLARI

WhatsApp Icon
WhatsApp Icon
'