Viktor Hüqo

Victor-Marie Hugo

/

Viktor Hüqo 1802-ci il fevral ayının 26-da Fransanın Bezanson şəhərində anadan olub. İlk kitabı “Odalar və müxtəlif şeirlər” 1822-ci ildə çap olunub. 1848-ci il inqilablarından sonra deputat seçilib. Onu məşhurlaşdıran ilk kitabı “Paris Notr-Dam kilsəsi” romanıdır. 1862-ci ildə isə dünya ədəbiyyatının incisi hesab olunan “Səfillər” romanı nəşr olunub. 1851-1870-ci illərdə siyasi səbəblər üzündən sürgündə yaşayıb. Sürgün illərində “Dəniz zəhmətkeşləri” və “Gülən adam” romanlarını yazıb.
Hüqo hələ uşaqlıqdan tanıdığı Adel Fuşe ilə ailə həyatı qurub. Bu evlilikdən yazıçının beş övladı dünyaya gəlib. Qızı Leopoldinanın Sena çayında boğulması ona çox ağır təsir edib. 
Böyük yazıçı 1885-ci il may ayının 22-də vəfat edib.

Viktor Hüqo

Kitabları

WhatsApp Icon
WhatsApp Icon
'