Ədalət və incəsənət

0.0
(0)

Ərəb dramaturgiyası və romançılığının pionerlərindən sayılan Tofiq əl-Həkim 1929-1934-cü illərdə Misirin müx­təlif şəhərlərində prokuror köməkçisi vəzifəsində çalışır. Bu illər ərzində Tofiq əl-Həkim öz bədii təxəyyülü sa­yəsində məhkəmə zalını teatr səhnəsinə, hakim və müt­təhimi isə aktyora çevirir və göstərir ki, məhkəmə proseduru, əslində, gündüz vaxtı nümayiş etdirilən və ak­tyorların qrimsiz səhnəyə çıxdığı tamaşadır.
Misirli ədib prokuror soyuqqanlılığı ilə yazıçı həssaslığını birləşdirərək qanun qarşısında aciz qalan kiçik insanların böyük kədərini və ironik taleyini ustalıqla təsvir edir. Hekayələrdə həmçinin Misir insanının həyat tərzi, saflığı və amansız reallıqlar qarşısındakı mübarizəsi oxucunun gözü qarşısında canlı bir tablo kimi canlanır.

Ardını oxu
Kitabın adı Ədalət və incəsənət
Orijinal adı عدالة وفن
Müəllif Tofiq əl-Həkim
Tərcüməçi Fərid Camalov
ISBN 9789952580846
Dili Azərbaycan
Səhifə sayı 176
Kitabın formatı 120x190 mm
Çap tarixi 2025
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Tofiq əl-Həkim

Tofiq əl-Həkim 1898-ci il oktyabrın 9-da Misirin İs­gən­dəriyyə şəhərində aristokrat ailəsində anadan olub. İb­ti­dai və orta təhsilini tamamladıqdan sonra 1925-ci ildə hü­quqşünaslıq üzrə təhsilini davam et­dirmək üçün Parisə yollanıb. Lakin Parisdə hüquqdan daha çox sənət və teatra maraq göstərərək Avropa mə­də­niyyətini dərindən öyrənib.
1928-ci ildə Misirə qayıdaraq bir müddət prokuror kö­məkçisi kimi fəaliyyət göstərib; bu dövrün müşahidələri əsasında sonralar məşhur “Kənd prokurorunun qeydləri” əsərini yazıb. 1933-cü ildə qələmə aldığı “Mağara adam­ları” pyesi ilə ərəb dramaturgiyasında yeni bir mərhələnin – “intellektual teatr” cərəyanının əsasını qoyub.
1940-50-ci illərdə “Şərqdən gələn quş”, “Ruhun qayı­dı­şı” kimi irihəcmli romanları ilə ərəb nəsrində köklü də­yi­şikliklər edib. 
Tofiq əl-Həkim 1987-ci il iyulun 26-da Qahirədə dün­ya­sını dəyişib.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'