Bir göz qırpımı

0.0
(0)

Ann Filipin kitabının üslubunu təyin etmək çətindir. Bu nə povestdir, nə xatirə, nə də lirik gündəlik. Bu, vəfat etmiş ərin xəyalına müraciətlə söylənən monoloqdur, son söhbətdir. Bu, sevən qadın qəlbinin naləsi, əsl məhəbbətin nə olduğunu bilən bir insanın könül çırpıntılarıdır.
İnsan kitabı oxuduqca özünü, sevən bir qadının düşüncə selində hiss edir, onun yaşadığı iztirabları, sevincləri anbaan yaşayır.
Ann Filipin ürək dağlayan bu sözləri bizə əsl sevginin nə olduğunu bütün çılpaqlığı ilə göstərir:
“Sənə on gözlə baxmaq istəyirdim, hərəkətlərini, baxışlarını gözlərimə yığırdım. Gülümsəyirdim ki, sənin təbəssümünü görüm; əlini öpürdüm ki, əlimi necə öpdüyünə bir də baxım. Özüm-özümü arxayın edirdim ki, bunlar heç vaxt yadımdan çıxmayacaq. İstərdim əlinin yerləri bədənimdə həmişəlik qalsın, mənim çəkdiyim sığallar isə sənin bədənini çürüməyə qoymasın...”

Ardını oxu
Kitabın adı Bir göz qırpımı
Orijinal adı Le Temps d'un soupir
Müəllif Ann Filip
Tərcüməçi Hamlet Qoca
ISBN 9789952525014
Dili Azərbaycan
Səhifə sayı 104
Kitabın formatı 120x190 mm
Çap tarixi 2018
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Ann Filip

Ann Filip 1917-ci il iyunun 20-də Brüsseldə doğulub. O, məşhur fransız aktyoru Jerar Filipin həyat yoldaşıdır.
Fəlsəfə fakültəsinin məzunu, etnoloq, kinorejissor, yazıçı Ann Filip təhsilini tamamladıqdan sonra Fransaya köçür. 1948-ci ilin sentyabrında bir karvanla qədim ipək yolunu keçərək Çindən Hindistana qədər gəlib çıxır. 1955-ci ildə işıq üzü görən “Asiya karvanı” adlı hekayəsi məhz bu səyahətdən bəhs edir.
Daha sonra “Təpənin görüşləri”, “Spiral”, “Burada, orada, kənarda” və s. kitabları çap edilir.
Ann Filip 16 Aprel 1990-cı ildə Parisdə vəfat edir.

İlk rəy yazan siz olun

Oxucu candır

Oxşar Kitablar

WhatsApp Icon
WhatsApp Icon
'