Abel Sançes

0.0
(0)

“Abel Sançes” – Habil və Qabil hekayətinin Miqel de Unamunonun qələmində yenidən canlanması, iki uşaqlıq dostunun keşməkeşli həyat hekayəsi.
Xuakin hər şeyi ürəyinə salan, dərdli, zəhmətkeş, Abel isə yaradıcı, xəyalata qapılmağı sevən, öz kefi ilə oturub-duran bir adamdır. Xuakin dəridən-qabıqdan çıxır, bütün mümkün vasitələrdən istifadə edir, amma uğur qazanan, insanların qəlbində özünə yer edən Abel olur. Günlərin bir günü Xuakin sevdiyi qızın Abellə evləndiyini eşidir. Bu xəbər onu dəli edir, paxıllıq, kin, həsəd Xuakini içəridən didib-parçalayır. O bu mərəzlə necə mübarizə apara biləcəyini bilmir, Tanrının onu əzəldən bədbəxt, talesiz yaratdığına inanır.
Həsəd insanı hansı acınacaqlı hallara sala bilər? Böyük ispan yazıçısı, filosof Unamuno insan psixologiyasının qorxulu guşəsinin, amma bununla yanaşı, heç bir insanın sığortalanmadığı bu hissin ən ağlasığmaz tərəflərini göstərir.

Ardını oxu
Kitabın adı Abel Sançes
Orijinal adı Abel Sánchez: Una historia de pasión
Müəllif Miqel de Unamuno
Tərcüməçi Əfqan Xəlilli
ISBN 9789952525229
Dili Azərbaycan
Səhifə sayı 160
Kitabın formatı 135x200 mm
Çap tarixi 2019
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Miqel de Unamuno

Yazıçı, filosof, ictimai xadim Miqel de Unamuno 1864-cü ildə İspaniyanın Bilbao şəhərində dünyaya gəlmişdir.
Madrid Komplutense Universitetininin Fəlsəfə və Ədəbiyyat bölümündən məzun olduqdan sonra Salamanka Universitetində yunan filologiyası kafedrasında dekan (1891–1901), daha sonra Universitetin rektoru vəzifəsinə təyin edilmişdir (1901–1914). Monarxiya əleyhinə fikirlərinə görə bu vəzifəsindən istefa etdirilən Unamuno, universitet idarəsi tərəfindən dekanlıq, rektorluq vəzifəsinin icraçısı statuslarına gətirilsə də, 1923-cü ildə Primo de Riveranın hərbi çevrilişindən sonra siyasi təzyiqlərlə bütün vəzifələrindən yenidən istifa etməli olur, ardınca isə sürgünə göndərilir (1924). Bir müddət Kanarya adalarında, daha sonra Parisdə, sürgün həyatı yaşayan don Miqel, Fransa-İspaniya sərhəddində yerləşən Endaya şəhərinə köçür və 1930-cu ilə qədər orada yaşayır.
1931-ci ildə İspaniyada II Respublikanın qurulmasından sonra, Miqel de Unamuno yenidən Salamanka Universitetinin rəhbəri təyin olunur. Yeni qurulan hökumətdə ona təklif edilən Mədəniyyət nazirliyi vəzifəsini bir müddət icra etsə də, sonradan ideoloji səbəblərdən bundan imtina edir. Ölkədəki sosial-ideoloji vəziyətdən ciddi narahatlıq keçirən Unamuno, hökumətin anti-demokratik siyasətini də tənqid etməkdən qalmır. 1936-cı ildə General Frankonun başçılığındakı üsyanın ilkin mərhələsində üsyana dəstək versə də, daha sonra bu fikrindən daşınır. Frankistləri nəzərdə tutaraq açıqca "Siz qalib gələcəksiniz, lakin ürəyimiz fəth edə bilməyəcəksiniz" deyərək ziyalı mövqeyini qorumuşdur.
Bütün bunlardan sonra yaşlı filosof üsyançılar tərəfindən ev həbsində saxlanılmış, qısa müddətdən sonra isə 1936-cı ildə Miqel de Unamuno vəfat etmişdir.
1917-ci ildə Miqel de Unamuno, digər məşhur əsəri "Abel Sançes" romanını yayımlayır. Abel və Xuakin adlı iki dost arasında baş verən çəkişmə, rəqabət, paxıllıq, ambisiya, hərislik, özünütəsdiq kimi mövzunu, bir çox dinlərdə də mövcud olan "Habil və Qabil" qardaşlarının hekayəsi, xeyir və şərin mübarizəsi, ilə paralelləşdirərək, Unamuno mükəmməl bir əsər ortaya qoymuşdur. Unamuno öz yaradıcılığına bənzər məsələlər ilə "Tula xala" (Tía Tula) əsərində yenidən müraciət etmiş və bu əsərini 1920-ci ildə yayımlamışdır.

İlk rəy yazan siz olun

Oxucu candır

Oxşar Kitablar

WhatsApp Icon
WhatsApp Icon
'