Miqel de Unamuno

Miguel de Unamuno

/

Yazıçı, filosof, ictimai xadim Miqel de Unamuno 1864-cü ildə İspaniyanın Bilbao şəhərində dünyaya gəlmişdir.
Madrid Komplutense Universitetininin Fəlsəfə və Ədəbiyyat bölümündən məzun olduqdan sonra Salamanka Universitetində yunan filologiyası kafedrasında dekan (1891–1901), daha sonra Universitetin rektoru vəzifəsinə təyin edilmişdir (1901–1914). Monarxiya əleyhinə fikirlərinə görə bu vəzifəsindən istefa etdirilən Unamuno, universitet idarəsi tərəfindən dekanlıq, rektorluq vəzifəsinin icraçısı statuslarına gətirilsə də, 1923-cü ildə Primo de Riveranın hərbi çevrilişindən sonra siyasi təzyiqlərlə bütün vəzifələrindən yenidən istifa etməli olur, ardınca isə sürgünə göndərilir (1924). Bir müddət Kanarya adalarında, daha sonra Parisdə, sürgün həyatı yaşayan don Miqel, Fransa-İspaniya sərhəddində yerləşən Endaya şəhərinə köçür və 1930-cu ilə qədər orada yaşayır.
1931-ci ildə İspaniyada II Respublikanın qurulmasından sonra, Miqel de Unamuno yenidən Salamanka Universitetinin rəhbəri təyin olunur. Yeni qurulan hökumətdə ona təklif edilən Mədəniyyət nazirliyi vəzifəsini bir müddət icra etsə də, sonradan ideoloji səbəblərdən bundan imtina edir. Ölkədəki sosial-ideoloji vəziyətdən ciddi narahatlıq keçirən Unamuno, hökumətin anti-demokratik siyasətini də tənqid etməkdən qalmır. 1936-cı ildə General Frankonun başçılığındakı üsyanın ilkin mərhələsində üsyana dəstək versə də, daha sonra bu fikrindən daşınır. Frankistləri nəzərdə tutaraq açıqca "Siz qalib gələcəksiniz, lakin ürəyimiz fəth edə bilməyəcəksiniz" deyərək ziyalı mövqeyini qorumuşdur.
Bütün bunlardan sonra yaşlı filosof üsyançılar tərəfindən ev həbsində saxlanılmış, qısa müddətdən sonra isə 1936-cı ildə Miqel de Unamuno vəfat etmişdir.
1917-ci ildə Miqel de Unamuno, digər məşhur əsəri "Abel Sançes" romanını yayımlayır. Abel və Xuakin adlı iki dost arasında baş verən çəkişmə, rəqabət, paxıllıq, ambisiya, hərislik, özünütəsdiq kimi mövzunu, bir çox dinlərdə də mövcud olan "Habil və Qabil" qardaşlarının hekayəsi, xeyir və şərin mübarizəsi, ilə paralelləşdirərək, Unamuno mükəmməl bir əsər ortaya qoymuşdur. Unamuno öz yaradıcılığına bənzər məsələlər ilə "Tula xala" (Tía Tula) əsərində yenidən müraciət etmiş və bu əsərini 1920-ci ildə yayımlamışdır.

Miqel de Unamuno

Kitabları

WhatsApp Icon
WhatsApp Icon
'