6 №-li palata

0.0
(0)

“6 №-li palata” Çexovun ən vahiməli, sarsıdıcı hekayələrindən biridir. Ağıllı, dərin fəlsəfi düşüncəsi olan bir ziyalının dəlixanaya necə düşməsini əks etdirən dəhşətamiz bir gerçəklikdir.
Təqibolunma maniyasından əziyyət çəkən Qromov dəlixanaya düşməyi ilə barışmır, ondan qat-qat aşağı insanların bayırda əl-qolunu sallaya-sallaya gəzməsinə, özününsə palatada çürü­məsinə daxilən dözə bilmir. Doktor Yefimiç isə xoşbəxtliyin xaricdə yox, insanın daxilində olduğunu deyir; fərqi yoxdur, insan istər palatada olsun, istər evində, əgər o, dərrakəli insandırsa, deməli, xoşbəxtdir.
Yefimiç öz düşüncəsi üzündən get-gedə tənhalaşırdı. Cəmiyyə­tin kəmağıl, mənfəətpərəst olması onu mənən incidirdi; o yal­­nız palatada Qromovla söhbət edərkən rahatlaşırdı. Əslində, Çexov cəmiyyətin iç üzünü açaraq absurd və müdhiş bir reallığı – dəli­xa­na­dakıların, əslində, ağıllı, cəmiyyətdəki bir çox intelligent insanın isə küt, hissiyyatsız olduğunu – çatdırır.

Ardını oxu
Kitabın adı 6 №-li palata
Orijinal adı Палата № 6
Müəllif Anton Çexov
Tərcüməçi Zahid Sarıtorpaq
ISBN 9789952547450
Dili Azərbaycan
Səhifə sayı 136
Kitabın formatı 115x180 mm
Çap tarixi 2022
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Anton Çexov

Anton Çexov 1860-cı il yanvarın 29-da Taqanroq şə­hə­rində anadan olub. 1879-cu ildə Moskva Universitetinin tibb fakültəsinə daxil olub. 1884-cü ildən başlayaraq ya­zıçı müxtəlif xəstəxanalarda həkim vəzifəsində işləyib. İlk iki hekayələr toplusu – “Rəngarəng hekayələr” və “Ala­-qaran­lıq­da” 1886-1887-ci illərdə çap olunub. 
Çexov 26 il ərzində irili-xırdalı 900-ə yaxın əsər yazıb. On­­lardan bir neçəsi dünya ədəbiyyatının klassikasına çev­rilib: hekayələrindən “6 №-li palata”, “Qılaflı adam”, “Mə­­mu­run ölümü”, “Qüssə”, “Qara rahib”; pyes­lərindən “Albalı bağı”, “Üç bacı”, “Qağayı” və s.
Yazıçı 1901-ci ildə aktrisa Olqa Knipperlə ailə həyatı qu­­rub. 1904-cü ildə yoldaşı ilə birlikdə Badenveyler ku­ror­tu­­na müalicəyə gedib və orada da dünyasını dəyişib.

İlk rəy yazan siz olun

Oxucu candır

MÜƏLLİFİN DİGƏR KİTABLARI

WhatsApp Icon
WhatsApp Icon
'