Anton Çexov

Антон Павлович Чехов

/

Anton Çexov 1860-cı il yanvarın 29-da Taqanroq şə­hə­rində anadan olub. 1879-cu ildə Moskva Universitetinin tibb fakültəsinə daxil olub. 1884-cü ildən başlayaraq ya­zıçı müxtəlif xəstəxanalarda həkim vəzifəsində işləyib. İlk iki hekayələr toplusu – “Rəngarəng hekayələr” və “Ala­-qaran­lıq­da” 1886-1887-ci illərdə çap olunub. 
Çexov 26 il ərzində irili-xırdalı 900-ə yaxın əsər yazıb. On­­lardan bir neçəsi dünya ədəbiyyatının klassikasına çev­rilib: hekayələrindən “6 №-li palata”, “Qılaflı adam”, “Mə­­mu­run ölümü”, “Qüssə”, “Qara rahib”; pyes­lərindən “Albalı bağı”, “Üç bacı”, “Qağayı” və s.
Yazıçı 1901-ci ildə aktrisa Olqa Knipperlə ailə həyatı qu­­rub. 1904-cü ildə yoldaşı ilə birlikdə Badenveyler ku­ror­tu­­na müalicəyə gedib və orada da dünyasını dəyişib.

Anton Çexov

Kitabları

WhatsApp Icon
WhatsApp Icon
'