Zirzəmi quşu

0.0
(0)

“Zirzəmi quşu” romanında həyatın ağır şərtlərinə dözən, ailə qurduqdan sonra ərinin laqeydliyi ilə üzləşən, buna bax­ma­­­ya­­raq, bütün gücünü övladlarının tərbiyəsinə həsr edən qa­dın­­dan söhbət açılır.
Roman individual qadınlığın axtarılması və ortaya çıxa­rıl­ma­sına həsr olunub. Təhkiyəçi qadın həyatını, hisslərini, ət­ra­fını diq­qətlə araşdırır və onları bacardığı qədər dəqiqliklə təs­vir edir. Keçmişdəki travmalarından əziyyət çəkən qadın bir-bir on­larla üzləşərək ekzistensial böhrandan yavaş-yavaş özü­nü­dərk və özünükəşfə doğru hərəkət edir. 
“Zirzəmi quşu” çap olunduğu il İranda çox böyük rəğbətlə qar­­şılanıb. Fəriba Vəfi romana görə Yəlda və Mehreqan ədə­biy­yat mükafatlarına layiq görülüb. Yazıçı 2017-ci ildə Al­ma­ni­ya­nın nüfuzlu “LiBeraturpreis” mükafatını qazanıb. 

Ardını oxu
Kitabın adı Zirzəmi quşu
Orijinal adı پرنده‌ی من
Müəllif Fəriba Vəfi
Tərcüməçi Ariz Tarverdiyev
ISBN 9789952580303
Dili Azərbaycan
Səhifə sayı 184
Kitabın formatı 120x190 mm
Çap tarixi 2024
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Fəriba Vəfi

Fəriba Vəfi 1963-cü il yanvarın 21-də Təbrizdə anadan olub. “Səhnənin dərinliyində” adlı ilk kitabı 1996-cı ildə çap edilib. “Zirzəmi quşu” adlı ilk romanını isə 2002-ci ildə yazıb. 
“Zirzəmi quşu” çap olunduğu il İranda çox böyük rəğbətlə qarşılanıb. Vəfi elə həmin il romana görə “Qolşiri” və “Yəlda” ədəbiyyat mükafatlarına layiq görülüb. İranda 30 dəfədən çox çap edilən “Zirzəmi quşu” ingilis, italyan, ispan, alman və türk dillərinə çevrilib.
Fəriba Vəfi hazırda ailəsi ilə birlikdə Tehranda yaşayır və ədəbi yaradıcılığını davam etdirir.

İlk rəy yazan siz olun

Oxucu candır

“Məncə, “Zirzəmi quşu”nu hamı oxumalıdır. Gərək bu kitabı ki­şi­lər qadınlardan, evlilər subaylardan, subaylar da ev­lilər­dən da­ha çox oxusun”. 
Mustafa Məstur, iranlı yazıçı

WhatsApp Icon
WhatsApp Icon
'