Vətən yaxşıdır

0.0
(0)

Dumanlı dağların başında durdum,
Dumandan özümə bir xeymə qurdum.
Keçdi xəyalımdan o gözəl yurdum,
Dumanlar başımda duman göründü.
Qara dəniz kimi eşqimlə coşdum,
Xülyalar içində sanki bihuşdum,
Vətən arzusilə nəğmələr qoşdum,
Tufanlar gözümə dastan göründü.
Deyirlər, bülbülə çəmən yaxşıdır,
İnsana laləzar Vətən yaxşıdır.
Vahid, sorma Vətən nədən yaxşıdır,
Adı gəlcək könlüm xəndan göründü.

Ardını oxu
Kitabın adı Vətən yaxşıdır
Müəllif Əliağa Vahid
ISBN 9789952547290
Dili Azərbaycan
Səhifə sayı 312
Kitabın formatı 120x190 mm
Çap tarixi 2023
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Əliağa Vahid

Əliağa Vahid 17 fevral 1895-ci ildə Bakı şəhərində anadan olub. O, mədrəsədə oxumağa başlasa da, daha sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak edib, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. Onun "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunmuşdur.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Vahid inqilabi təbliğat sahəsində fəal çalışıb, yeni həyatı tərənnüm edən çoxlu şeir ("Əsgər və fəhlə yoldaşlarıma", "Məktəb nə deməkdir", "Ucal, mələyim" və s.) yazmış, "Kommunist" qəzeti, "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmişdir. Onun "Kupletlər" (1924), "Mollaxana" (1938) kitablarındakı şeirlərdə yeniliyə mane olanlar kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə "Döyüş qəzəlləri" (1943), "Qəzəllər" (1944) kitablarında Əliağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi.
Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib. 1 oktyabr 1965-ci ildə Bakı şəhərində vəfat edib.
Əliağa Vahidin heykəli əvvəlcə Filarmoniya bağında qoyulmuş, daha sonra təmir zamanı İçərişəhərə köçürülmüş və qoyulduğu meydan Əliağa Vahid bağı adını almışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əliağa Vahid Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

İlk rəy yazan siz olun

Oxucu candır

"Vahid qəzəli xalq dilinə yaxınlaşdırdı, bu danılmazdır. Bəzən belə bir deyim var ki, Vahid Füzulidən sonra qəzəl janrının ən parlaq nümayəndəsidir. Bu isə yanlış fikirdir. Vahidi Füzulidən sonra ən parlaq nümayəndə kimi görmək nəhəng Seyid Əzimi görməmək deməkdir. Füzulidən sonra birmənalı olaraq Seyid Əzim gəlir. Bu da bir reallıqdır ki, Vahid lirik şairdir, aşiqanə qəzəlləri də dillər əzbəridir. Üç ən çox oxunan muğam şairindən biridir və sadəliyi ilə digər hər iki şairdən seçilir. Qəzəl mətnlərinə gəldikdə təqdirəlayiq olduğunu demək olar. Vahidi bəyənməməyin, onu ciddi şair kimi qəbul etməməyin iki səbəbi var: Təkəbbür və iddia. Gəlin etiraf edək ki, biz, müasir qəzəlxanlar Vahid səviyyəsinə yetmək üçün ancaq dua etməliyik. Bu şirinlikdə yazmaq nə təhsil, nə də savadla mümkündür. Özünə hörmət qoyan şair nəinki Vahidə, heç mənə də yuxarıdan aşağı baxmaz".

İlqar Bizəban

WhatsApp Icon
WhatsApp Icon
'