Uşaqlığın sirri

0.0
(0)

“Əgər təvazökar olmağı bacarsaq, həyatın ən böyük dərslərini ağıllı böyüklərdən deyil, sözdə cahil adlandırılan uşaqlardan alarıq. Mən buna inanıram: öz təcrübəmdə də görmüşəm ki, uşaqlara təvazökar və məsum hisslərlə yanaşsaq, onlardan müdrikliyi öyrənə bilərik”.
Mahatma Qandi, 
“Montessori Training College”dəki çıxışından 
Mariya Montessori uşaq tərbiyəsində inqilab etmiş pedaqoqlardan biridir. Onun unikal metodu hazırda İngiltərə, İtaliya, Almaniya kimi inkişaf etmiş ölkələrdə uğurla tətbiq olunur.
Müəllifin fikrincə, valideynlər uşağa “mum” kimi baxırlar, düşünürlər ki, ona istədikləri şəkli verə bilərlər. Montessori isə alternativ yol təklif edir: böyük öz doğru bildiyini uşağa diktə etmək əvəzinə, müşahidə etməyi, kömək etməyi və uşağın ehtiyac duyduğunu ona təqdim etməyi bacarmalı, ən əsası, psixoloji inkişafına dəstək olmalıdır. 
Bu metod uğurlu şəkildə tətbiq olunsa, mükafatlandırma və ya cəzalandırmağa ehtiyac qalmaz. Rəqabət və qorxunun yaratdığı emosional gərginlikdən azad olan uşaq rahat, xoşbəxt və özünəinamlı olar.
Montessorinin Azərbaycan dilinə ilk dəfə tərcümə olunan bu kitabı dünyada yüz minlərlə valideynin və pedaqoqun tez-tez müraciət etdiyi stolüstü kitabıdır.

Ardını oxu
Kitabın adı Uşaqlığın sirri
Orijinal adı Il segreto dell'infanzia
Müəllif Mariya Montessori
Tərcüməçi Könül Nəsibova
ISBN 9789952580235
Dili Azərbaycan
Səhifə sayı 288
Kitabın formatı 155x215 mm
Çap tarixi 2025
Nəşriyyat Mono
Pineapple
Mariya Montessori

Mariya Montessori 1870-ci il avqustun 31-də İtaliyanın Kyaravalle kommunasında anadan olub. Orta təhsilini “Regia Scuola Tecnica Michelangelo Buonarroti” texniki məktəbində alıb. Buranı əla qiymətlərlə bitirən Montessori təhsilini “Regio Istituto Tecnico Leonardo da Vinci” institutunda davam etdirib. 1890-cı ildə institutu bitirəndə tibb təhsili almaq qərarına gəlir. XIX əsrin sonlarında italyan cəmiyyətində qadınların bu sahəyə maraq göstərməsi xarakterik deyildi.

1890-cı ildə Montessori Roma Sapientsa Universitetinə qəbul olub. 1892-ci ildə universiteti bitirən Montessori bir il sonra elə həmin universitetin tibb məktəbinə daxil olub. Montessori bu məktəbə qəbul olan ilk qadın idi.

Montessori dünyada öz unikal pedaqoji sistemi və metodu ilə tanınır. Onun tətbiq etdiyi metod, demək olar, bütün dünyada uşaqlara, təlim-tərbiyə ilə bağlı məsələlərə baxışı tamamilə dəyişdi. Hazırda bir çox ölkələrdə bu metod uğurla tətbiq olunur.

Montessori 1952-ci il mayın 6-da Hollandiyanın Nordveyk şəhərində vəfat edib.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'