Tanrının adamları
“Tanrının adamları” sadə insanların həyatından fraqmentlərdir. Müəllif bu hekayələrdə gözə çarpmayan kənd adamlarının ömür yolundakı həlledici anları yaxalayaraq onların ağrı-acılarına, xiffətinə, kədərinə şərik olmağımıza imkan yaradır. Və oxucu kimi bu hissləri keçirdikcə, personajlarla həmdərd olduqca dəyişirik, həssaslığımız daha da artır, bir sözlə, əvvəlki insan olmuruq.
“Məndən soruşsanız ki, həyat hansı vaxtda, hansı şəhərdə və hansı evdə gözəl idi... Deyərdim ki, ilk dəfə günəşində gəzindiyim, yağışında islandığım, torpağında uzandığım kəndimizdə; pəncərələri yamyaşıl düzənliklərə açılan o evimizdə. Bu yaşıma qədər elə bilirdim ki, insan üçün doğulduğu yer yox, öldüyü yerdir vətən. İndi isə anlayıram: insan üçün vətən – darıxdığı yerdir. O vətən ki, orada “Tanrı adamları” var; o vətən ki, günəşi məşum, göy üzü tərtəmizdir”.







---uz.jpg)

İlk rəy yazan siz olun