Soyuq cəhənnəm

0.0
(0)

Həyatı daim keşməkeşlərlə keçib. Dəfələrlə ölümün bir addımlığından qayıdıb. Ən müəmmalı işlərin öhdəsindən layiqincə gəlib. Həmişə özünü peşəkar prokuror sayıb. Cinayətlərin üstünü açmaq onun üçün iki vur iki imiş. Ta ki, “soyuq cəhənnəm”lə tanış olana qədər.
“Soyuq cəhənnəm” heç bir həyat əlamətinin sezilmədiyi, arzuların, xəyalların puç olduğu, neçə-neçə talelərin yarımçıq qaldığı, cəmisi 70-80 nəfər sakini olan bir yerdir. Həmin insanları heç vaxt heç kim ziyarət etmir, hər birinin ölüm tarixi var, hər birinin qəbri onlar bura məcburi yerləşdirildiyi gün qazılıb. Buranın sakinləri xoşbəxtliyin, sevincin nə olduğunu bilmir, onların vücudunu yalnız bir hiss bürüyüb: ağrı. 
Bu sakinlər cəmiyyətdən təcrid olunublar, hər biri “edam” gününü gözləyir. Və bir gün sakinlərdən birinin intiharı ilə başlayan ölüm hadisəsinin ardınca sil­silə qətllər törədilir. “Soyuq cəhənnəm”də baş vermiş bu intiharın orada yaşanılan ağrılarla bir əlaqəsi varmı? Qatil hər addımında meydan oxuyur. Qürurlu prokuror Loğman Əliyev bu çətin cinayət hadisəsinin üstünü aça biləcəkmi? Axtarış zamanı daha böyük çətinliklə qarşılaşan prokuror qanuna tabe olacaq, yoxsa vicdanının səsinə qulaq verəcək?

Ardını oxu
Kitabın adı Soyuq cəhənnəm
Müəllif Vüsal Kamil
ISBN 9789952525403
Dili Azərbaycan
Səhifə sayı 248
Kitabın formatı 120x190 mm
Çap tarixi 2021
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Vüsal Kamil

Vüsal Kamil "Sonuncu payız", "Soyuq cəhənnəm" romanlarının müəllifidir.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'