Şinel

0.0
(0)

Dahi yazıçı Qoqolun “Şinel” hekayəsi rus ədəbiyyatının “kiçik insan” mövzusunda yazılmış ən sanballı əsərlərindən biridir. Dostoyevskiyə istinad edilən “hamımız Qoqolun şinelindən çıxmışıq” sözü bu qısa, amma bənzərsiz mətnin necə böyük ədəbi fakt olduğunu çox bariz şəkildə göstərir. Süjet xətti elə də mürəkkəb olmayan əsərin dünya ədəbiyyatında bu qədər əhəmiyyət daşımasında Qoqolun sənətkarlığının müstəsna rolu var. Hekayə ironiya, metafora, simvolizmlə zəngindir, süjeti acı bir realistik xətlə davam eləsə də, sonlara doğru fantastik istiqamət alır, hadisələr absurdizmin içində cərəyan edir. Qoqol sənətkaranə şəkildə Akaki Akakiyeviçin kədərli həyatını təhkiyəsində sentimentallığa yer vermədən, əksinə, ironiya və sarkazmla təqdim edir.

Ardını oxu
Kitabın adı Şinel
Orijinal adı Шинель
Müəllif Nikolay Qoqol
Tərcüməçi Zahid Sarıtorpaq
ISBN 9789952525762
Dili Azərbaycan
Səhifə sayı 80
Kitabın formatı 115x180 mm
Çap tarixi 2022
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Nikolay Qoqol

Nikolay Qoqol 1809-cu il aprelin 1-də indiki Uk­ray­na­­nın Soroçintsı şəhərində anadan olub. 1821-ci ildə Ne­jin hüquq liseyinə qəbul olub. 1828-ci ildə buranı bi­­ti­rərək Sankt-Peterburqa köçüb.
İlk kitabı “Dikanka yaxınlığında xutor axşamları” 1831-ci ildə çap olunub. Kitab Qoqolun usta bir yazıçı ki­mi qə­bul olunmasında mühüm rol oynayıb. 1836-cı il­də öl­­kə­­sini tərk edən dahi yazıçı 12 il qürbətdə yaşayır. Y a­­zı­çının ən məşhur əsəri “Ölü canlar”ın birinci hissəsi 1842-ci ildə çap olunub. Qısa, amma olduqca güclü ədə­­­bi mətnlərin mi­sil­siz örnəklərindən sayılan “Şinel” po­vesti 1843-cü ildə nəşr olunub.
Yazıçı ağır ruhi böhranlardan sonra 1852-ci il mart ayı­nın 4-də, 43 yaşında vəfat edib.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'