Frans Kafka

Franz Kafka

/

Frans Kafka 1883-cü il iyulun 3-də Praqada yəhudi ailə­sin­də anadan olub. Əvvəlcə xalq məktəbində, sonra da Al­­man Gimnaziyasında oxuyan Kafka 1901-ci ildə Praqa Uni­­versitetinin Hüquq fakültəsinə daxil olub. Kafka 1908-ci il­dən 1922-ci ilə qədər İstehsalat Qəzasına Düşənlərin Sı­ğor­ta Cəmiyyətində işləyib. Vərəmə yoluxan böyük yazıçı 1924-cü ildə Kirlinq sanatoriyasında dünyasını dəyişib.
He­kayələrinin çox az bir qismi onun sağlığında çap olunub: “Çevrilmə” (1915), “Hökm” (1916), “Cəza koloniyası” (1919). 1919-cu ildə yazdığı “Atama məktub”da Kafka atası ilə olan mürəkkəb münasibətlərini bütün çılpaqlığı ilə təsvir edib. Kafka bütün əsərlərinin yandırılmasını vəsiyyət etsə də, dostu Maks Brod onun bu istəyini yerinə yetirməyib və ölü­mündən sonra onun digər əsərlərini də çap edib.

Frans Kafka

Kitabları

WhatsApp Icon
WhatsApp Icon
'