- 0
-
-
Ümumi = 0.00 ₼
- Səbətə bax Sifariş et
-
Николай Васильевич Гоголь
Nikolay Qoqol 1809-cu il aprelin 1-də indiki Ukraynanın Soroçintsı şəhərində anadan olub. 1821-ci ildə Nejin hüquq liseyinə qəbul olub. 1828-ci ildə buranı bitirərək Sankt-Peterburqa köçüb.
İlk kitabı “Dikanka yaxınlığında xutor axşamları” 1831-ci ildə çap olunub. Kitab Qoqolun usta bir yazıçı kimi qəbul olunmasında mühüm rol oynayıb. 1836-cı ildə ölkəsini tərk edən dahi yazıçı 12 il qürbətdə yaşayır. Y azıçının ən məşhur əsəri “Ölü canlar”ın birinci hissəsi 1842-ci ildə çap olunub. Qısa, amma olduqca güclü ədəbi mətnlərin misilsiz örnəklərindən sayılan “Şinel” povesti 1843-cü ildə nəşr olunub.
Yazıçı ağır ruhi böhranlardan sonra 1852-ci il mart ayının 4-də, 43 yaşında vəfat edib.