Qürur və qərəz

0.0
(0)

Beş qızını evləndirməkdən ötrü özünü oda-közə vuran missis Bennet üçün kürəkəninin necə bir insan olması maraqlı deyil, təki oğlan kübar ailədən olsun, var-dövləti aşıb-daşsın. XIX əsr ingilis cəmiyyətində qadının ictimai mövqeyi onun ailə qurub-qurmaması ilə təyin olunurdu. Buna görə də valideynlər ictimai təzyiq altında əzilməmək üçün qızlarının hisslərinə əhəmiyyət vermədən onları evləndirməyə çalışırdılar.
Ancaq iş elə gətirir ki, evin iki böyük qızı – Ceynlə Elizabet tamamilə fərqli, həqiqi sevgi macərası yaşayırlar. 
Bir tərəfdə qərəzli, heç kimin qarşısında əyilməyən gözəl, şarmlı Elizabet, digər tərəfdə isə ilk baxışdan lovğa, özündənrazı görsənən centlmen Darsi. Onların bir-birini görən gözü yoxdur. Amma Zaman keçdikcə bu cütlüyün qəlblərində “qürur və qərəz”in əriyib yox olduğu bir alov şölələnir.
İngilis romançılığını formalaşdıran böyük yazıçılardan biri Ceyn Ostin “Qürur və qərəz” romanında ironik üslubu ilə ictimai təbəqələşmənin yaratdığı nöqsanları və qadına hakim baxışı tənqid edir.

Ardını oxu
Kitabın adı Qürur və qərəz
Orijinal adı Pride and Prejudice
Müəllif Ceyn Ostin
Tərcüməçi Anar Mahmudov
ISBN 9789952580006
Dili Azərbaycan
Səhifə sayı 440
Kitabın formatı 125x200 mm
Çap tarixi 2021
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Ceyn Ostin

Ceyn Ostin 1775-ci il dekabrın 16-da İngiltərənin Həmpşir qraflığının Stivenson qəsəbəsində anadan olub. Ceyn səkkizuşaqlı ailənin ikinci qızı idi. Ən yaxın dostu, rəfiqəsi böyük bacısı Kassandra olub. Yazıçı 1785-1786-cı illərdə “Ridinq” abbatlığında təhsil alıb. Həm Kassandra, həm də Ceyn evdə rəsm çəkməyi və pianoda ifa etməyi öyrəniblər.
Yazıçı ailə həyatı qurmasa da, romanları o dövr İngiltərəsinin ailə-məişət problemlərini, övladlarla valideynlər arasındakı ziddiyyətləri mükəmməl şəkildə əks etdirib. C. Ostinin əsas romanları bunlardır: “Düşüncə və hissiyyat” (1811), “Qürur və qərəz” (1813), “Mensfild parkı” (1814), “Emma” (1815). Ölümündən sonra yazıçının “Nortenger monastırı” romanı çap olunub. 
İngilis ədəbiyyatının kraliçası sayılan Ceyn Ostin 1817-ci ildə dünyasını dəyişib. Yazıçı Vinçester qəbiristanlığında dəfn edilib.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'