Qətl günü
Adamları bir-birinə bağlayan dərddir. Dərd uzun bir kəndirdir ki, dünyanın belinə toqqa kimi dolanıb, hamı bu kəndirdən yapışıb bir-birinə sarı gəlir.
Tarix dünyanın vicdanıdır, yaddaş isə insanın. İnsan əlyazmaları yandıraraq tarixdən, əməllərini unudaraq isə günahlardan xilas olmaq istəyir.
Günahdan xilas olmaq mümkündürmü?
Tarixdən yaxa qurtarmaq asandırmı?
Bəs dünənə arxa çevirmək necə?
Bu romanı oxuyaraq özündən xilas olmağa can atanların, yaşadıqlarını unuda bilməyənlərin, tarixin ibrət dərslərinə tamaşa edənlərin aqibətinə şahidlik edəcəksiniz...
Şahid olduğunuz hadisələr sizə qəhrəmanı olduğunuz hadisələri də xatırladacaq...
“Qətl günü” ölüm günü deyil, xatırlamaq məqamıdır...






---uz.jpg)

İlk rəy yazan siz olun