Qərib xəyal

0.0
(0)

Xəyali-yarə dalandan xəyal olub getdim,
Cəfayi-hicr ilə aşüftə-hal olub getdim. Bəsirət əhli görər surət içrə mənanı,
O surətindəki mənaya lal olub getdim. Fənaya meylim itəndən bəqa yolun tapdım,
Camala göz yumub əhli-kamal olub getdim. Verildi rütbə mənə asitani-yara gəda,
Nə yaxşı sahibi-izzi-cəlal olub getdim. Qəbuli-yarda bir növbə vardı, gəl görəsən,
Ayaqlar altda qalıb payimal olub getdim. Bağışla, əhdimi sındırdım, ey həbibi-əziz,
Üzüm qaraldı yanında Bilal olub getdim. Vüqar, cavab gələndə dəhani-dilbərdən,
Əyildi qaməti-sərvim sual olub getdim.

Ardını oxu
Kitabın adı Qərib xəyal
Müəllif Vüqar Biləcəri
ISBN 9789952525960
Dili Azərbaycan
Səhifə sayı 196
Kitabın formatı 120x190 mm
Çap tarixi 2023
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Vüqar Biləcəri

Vüqar Paşayev (Biləcəri) 24 avqust 1988-ci ildə Bakıda doğulub.
2004-cü ildə "De, Gəlsin!" meyxana yarışmasında iştirakı ilə tanınmışdı. O, daha çox dini qəzəl, şeirləri ilə, əruz vəznini gözəl bilməsi ilə seçilirdi.
2020-ci il avqustun 29-da uzun sürən qanqren xəstəliyindən sonra dünyasını dəyişib. Hökməli qəbiristanlığında dəfn edilib.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'