Misra-misra

0.0
(0)

Dəyərli ziyalımız, yazıçı və şair İlqar Fəhmi qəzəl janrının klassik dil və üslubunda “səliqəli” dekonstruksiya işləri görür və qəliz, anlaşılmayan ibarələrdən uzaq gəzir. Bu baxımdan o, qəzəl və bir sıraklassik şeir janrına yeni nəfəs verərək müasir Azərbaycan oxucusundan uzaq düşən klassik poeziyanı doğmalaşdırmağı bacarmışdır. Bununla da qədim irslə müasir mədəniyyət arasında bir körpü salaraq poeziya oxucularının sevilən simasına çevrilmişdir.
İlqar Fəhminin seçilmiş şeirlərinin toplandığı bu kitabda oxuculara ilk dəfə təqdim olunan şeirlər də yer almışdır. 

Ardını oxu
Kitabın adı Misra-misra
Müəllif İlqar Fəhmi
ISBN 9789952833898
Dili Azərbaycan
Səhifə sayı 128
Kitabın formatı 120x200 mm
Çap tarixi 2018
Nəşriyyat Parlaq İmzalar
Pineapple
İlqar Fəhmi

İlqar Fəhmi 1975-ci ildə Bakı şəhərində anadan olub. Bakının Zirə kəndindəndir. 1992-1996-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb, sonradan Belarusiya Dövlət İqtisad Universitetini bitirib.
1995-ci ildən bədii yaradıcılıqla məşğul olur. Uzun illər Bakı və Abşeronda əruz məclislərinin iştirakçısı olub. Müxtəlif ədəbi əsərlərdən ibarət on səkkiz kitabı dərc edilib. 2002-ci ildə "Axırıncı qatar" ("İtlər") pyesi Cənnət Səlimova tərəfindən səhnələşdirilib, "Ölüm növbəsi" (2009, rejissor Fikrət Əliyev), "Aktrisa" (2010, rejissor Rövşən İsax), "Dərvişin qeydləri" (2011-2012, rejissor Eldar Quliyev) "Axırıncı dayanacaq" (2013-2014, rejissor Fikrət Əliyev) və başqa ssenariləri dövlət sifarişi ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ekranlaşdırılıb.
2003-cü ildə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin "İlin ən yaxşı gənc şairi" mükafatına, 2007-ci ildə "Rəsul Rza" ədəbi mükafatına, 2008-ci ildə Rusiyada MDB ölkələri gənc şairləri arasında keçirilən Poeziya yarışının diplomuna, 2011-ci ildə isə "Bakı tarixindən kollaj" əsərinə görə "Humay" mükafatına layiq görülüb. Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı ilə təltif edilib.
Onun romanı əsasında çəkilən "Aktrisa" filmi 2011-ci ildə Kann kinofestivalında ilk dəfə Azərbaycan pavilyonunun açılışında nümayiş etdirilib.
Əsərləri bir çox xarici ölkələrdə nəşr edilib.
Uzun illər AYB-nin "Ulduz" jurnalında işləyib. Bir müddət Xəzər Universitetində "Creative Writing" (Yaradıcı yazı) fənnindən dərs deyib.
Hal-hazırda Azərbaycan Dövlət və Mədəniyyət Universitetində ekran yaradıcılığı fakultəsində kino və serial ssenarisi fənnindən dərs deyir.
Hazırda Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi vəzifəsində çalışır.
2014-cü ildən Azərbaycan Dövlət Televiziyasında yayımlanan "Məclisi-Üns" ədəbi verilişinin aparıcı-redaktorudur.
2017-ci ildə Heydər Əliyev fondunun dəstəyi ilə Dövlət televiziyasında hazirlanan Muğam-televiziya müsabiqəsinin münsiflər heyətinin üzvü, 2019-cu ildə isə layihənin icraçı direktoru təyin edilib.

İlk rəy yazan siz olun

Oxucu candır

Oxşar Kitablar

WhatsApp Icon
WhatsApp Icon
'