Leyla

0.0
(0)

On altı yaşlı Leyla paytaxt Sarayevo yaxınlığında yerləşən kiçik, dinc şəhərdə böyüməkdədir. O, digər gənc qızlar kimi  musiqi dinləyir, məhəbbət romanları oxuyur, gələcək haqqında xoş xəyallar qurur. Amma Bosniyada başlayan amansız müharibə öz qorxunc tərəfləri və dəhşətləri ilə onun bütün xəyallarını çilik-çilik edir... O məsum qız filmlərdə belə baxa bilmədiyi dəhşətli hadisələrin içərisinə düşür və iki il ərzində əsir düşərgəsində qalaraq ağlasığmaz işgəncələrə məruz qalır...
İndi Leyla müharibənin qaranlıq və ört-basdır edilən səhifələrini gün işığına çıxartmaq üçün öz hekayəsini danışır. Onun verdiyi canlı, amansızcasına açıq və səmimi hesabatı sizi dəhşətə gətirəcək. Bu faciələri oxuduğunuz zaman bəzən insan olduğunuzdan utanaraq bu hadisələrin həqiqət olmamasını arzu edəcək, bəzən nifrətinizdən dişlərinizi sıxacaq, bəzən də göz yaşlarınızı saxlaya bilməyəcəksiniz. Eyni zamanda kitabda baş verənlərin Qarabağ hadisələrinə bənzərliyi sizi daha da sarsıdacaq və günlərlə təsirindən çıxa bilməyəcəksiniz.

Ardını oxu
Kitabın adı Leyla
Orijinal adı Leila
Müəllif Aleksandra Kavelius
Tərcüməçi Gülarə Heydərova
ISBN 9789952507034
Dili Azərbaycan
Səhifə sayı 304
Kitabın formatı 135x200 mm
Çap tarixi 2022
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Aleksandra Kavelius

Aleksandra Kavelius jurnalist və yazar olaraq münaqişə zonalarında və böhran bölgələrində çalışmışdır. Bu təcrübələrindən yola çıxaraq müharibənin fərdlər və icmalar üzərindəki təsirlərini dərindən araşdıran bir çox əsər yazmışdır.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'