Kreyser sonatası
“Bədii məziyyətlərini bir kənara qoysaq, olduqca güclü şəkildə fikir oyatdığına görə bu əsərə təşəkkür düşür. “Bu, düzdür”, “bu, cəfəngiyyatdır” deyə qışqırmamaq üçün özünü güc-bəla ilə saxlayırsan”.
Çexov
– İstəyirsizsə, həmin o məhəbbətin başıma açdığı oyun barədə danışım sizə?
– Əgər sizin üçün ağır deyilsə, danışın.
– Xeyr, mənim üçün susmaq ağırdı.
Yazın erkən çağlarında qatarla səfər edən sərnişinlər arasında qızğın bir söhbət başlayır. Onlar sevgi, evlilik, məhəbbətin müqəddəs bir anlayış olub-olmaması haqqında gərgin şəkildə müzakirə edirlər. Əvvəlcə bu müzakirəni səssizcə dinləyən sərnişinlərdən biri, nəhayət, özünü saxlaya bilməyib başına gələn faciəni danışır...
1890-cı ildə nəşr olunan “Kreyser sonatası” həmin dövrdə Rusiyada böyük mübahisə və müzakirələrə səbəb olur. Tolstoyun qadına, cinsi münasibətə baxışı cəmiyyətdə rezonans doğurur. Senzura kitabın çap olunmasına qadağa qoyur. Böyük yazıçı özü mübahisələrə müəyyən qədər aydınlıq gətirmək üçün hekayənin çap olunmasından sonra son söz qələmə alır. Həmin son söz ilk dəfə olaraq kitabın bu nəşrində təqdim olunur.
İlk rəy yazan siz olun