Kor nöqtə

0.0
(0)

“Belində nə gizlətdiyini düşünürdü... Bıçaq olmamasını ar­zuladı. Bıçaqlı uşaqlardan bıçaqlı böyüklərdən qorx­du­ğun­dan daha çox qorxurdu”.
Bakının qaranlıq küçələrində öz qaranlıq dünyasının sər­həd­­lərini kəşf edən yeniyetmə ilə işinə həvəssiz yanaşan pe­­da­qoqun baxışları gözdən uzaq məktəblərin birində toq­quşur. Yeniyetmə ailə bağlarına qarşı çıxır, ciblərə gi­rir, mək­­təbə ancaq yatmaq üçün gedir. Pedaqoq isə onu cə­miy­­yətə qaytarmağın yollarını axtarır, lakin çox keç­mə­dən dü­yün­lənib mürəkkəbləşən münasibətləri təhlükəli hal alır. 
Naiq Babayevin “Kor nöqtə” romanında hər insan kimi ümid­lənib səhvlər edən, bəzən coşan, bəzən həyata kü­sən, is­tə­diklərini hər zaman ürəyincə edə bilməyən qəh­rə­­­man­la­rın həyatlarından sarsıdıcı məqamlar heka­yə­ləş­di­rilir. On­la­rın vasitəsilə məktəb və yeniyetmə həyatının gö­rün­mə­yən tə­rəf­lərinə şahid oluruq.

Ardını oxu
Kitabın adı Kor nöqtə
Müəllif Naiq Babayev
ISBN 9789952547825
Dili Azərbaycan
Səhifə sayı 248
Kitabın formatı 135x200 mm
Çap tarixi 2023
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Naiq Babayev

Naiq Babayev 8 oktyabr 1995-ci ildə Naxçıvanda anadan olub. Dövlət İdarəçilik Akademiyasını "Politologiya" ixtisası üzrə bitirib.
İş həyatına ssenarist kimi başlayıb. “Ata ocağı”, “Əks təsirlər”, “Anamın kitabı” layihələrindən sonra yaradıcılığa roman yazmaqla davam edir. Hazırda kreativ menecer olaraq fəaliyyət göstərir.
Naiq Babayev "Kor nöqtə" romanının müəllifidir. Bu roman 2023-cü il “Proza Oxucu Mükafatı”nın qalibi olub.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'